Page 259 - Yuri Trifonov
P. 259
Göyərçinin ölümü

bax! – Sergey İvanoviç Klavdiya Nikiforovnanın yanaqlarını
uzaq gәnclik çağlarında etdiyi kimi barmaqları arasına aldı, bir
az qaba vә sәrxoş-sәrxoş sıxıb-silkәlәdi. Klavdiya Nikiforovna
da o dönәmlәri xatırlayıb gülümsәdi.

Onun pencәyindәn götürdüyü bәyaz tükcük aramla havada
süzdü, hәrlәnә-hәrlәnә aşağı enmәyә başladı, amma külәk onu
çәnginә alınca yuxarılara qalxdı vә sakitcә, heç kim görmәdәn
Sergey İvanoviçin çiyninә qondu.

Bәs sonra?
Yay uzun vә quraqlıq keçdi, payız – yağışlar, soyuqlar düşdü,
üçüncü blokda istilik sistemi xarab oldu. Brıkin gәldi, akt tәrtib
etdi, iki gecә kürk, şuba geyib yatdılar, Klavdiya Nikiforovnaya
dişlәri әzab verirdi, Aqniya Nikolayevnanı qızıyla vә Sofiya
Leopoldovnayla birgә harasa Moskvanın qurtaracağına köçürdülәr,
onların ikiotaqlı mәnzilinә isә yeni sakinlәr gәldi, yeddi nәfәr
idilәr, hamısı da Tuladan, sonra qış çıxdı, aradan bir yay da ötüb-
keçdi, amnistiya elan edildi, Sergey İvanoviçә pensiya tәyin
elәdilәr vә o, işdәn çıxdı, indi sәhәrin gözü açılandan dominoya
qurşanır. Sonra, festival öncәsi, xaricilәri qarşılamaq üçün göyәrçin
saxlayıb artırmaq haqda әmr verildi, indi quş saxlayanları daha
cәrimәlәmirdilәr, әksinә, “sağ ol” deyirdilәr. İndi göyәrçinlәr
artıb-çoxalmışdılar. Hәr yerdә – meydanlarda, hәyәtlәrdә dәstә-
dәstә gәzişirdilәr, kök, tosqun quşlar idi, uçmağa tәnbәllik edir-
dilәr, bütün günü quruldayırdılar, haranı gәldi, xüsusilә dә hәyәt-
bacaları, eyvan vә pәrvazları batırırdılar, onların sarıya, qurğuşun
rәnginә çalan bu zir-zibilindәn heç kim xilas ola bilmirdi. Hava
pis olanda Sergey İvanoviç evdә oturur, rәngli polietilen qabıqlı
simlәrdәn balaca sәbәtlәr toxumaqla başını qarışdırırdı. Belә
sim kәsiklәri ya telefonlara aid idi, ya da başqa mәqsәdlәrçün is-
tifadә olunurdu, onları Sergey İvanoviçә Mariya Alekseyevnanın
artıq institutu bitirib hansısa müәssisәdә işlәyәn qardaşı oğlu
gәtirirdi.

259
   254   255   256   257   258   259   260   261   262   263   264