Page 257 - Yuri Trifonov
P. 257
Göyərçinin ölümü
Göyәrçinlәrlә әylәndikdәn sonra köksünü ötürüb sakitcә dedi:
– Bütün bunlara baxmayaraq, vәtәndaşlar, tәcili yığışdırmaq
lazımdı. Özü dә, and olsun, bu zibillәri saxlamaq – bağışla mәni,
Rәbbim, – bilirәm ki, heç nәyinizә lazım deyil. Әgәr o qızdan
ötrü deyirsinizsә, sizә tam mәsuliyyәtiylә söylәyirәm – o, sәsini
qısdı. – Onlar buranın sakinlәri deyil. Aydındı?
– Qız kimdi?! – Sergey İvanoviç әlini yellәdi. – Bizә aidiyyәti
yoxdu.
– Bizә әrizә daxil olub, nәzәrә almağa vә ölçü götürmәyә
borcluyuq. Göyәrçinlәr bizim dövrümüzdә gәrәksiz vә şübhәli
quşlar sayılır. Özü dә şagird dәrslә mәşğul olanda, onlar maneçilik
törәdir.
– Nә demәk olar, aydındı. Siz dә vәzifәnizi yerinә yetirirsiniz...
– Bәs siz nә fikirlәşirdiniz? Yaşlı adamam, hәr dәfә yeddinci
mәrtәbәyә qalxıb-düşmәk guya asandı? Elә bilirsiz, tәkcә sizsiniz? –
Brıkinin yanaqlarının qırmızısı bir az da qatılaşdı, moruğu rәngә
çalmağa başladı, sәsi ucaldı, ölgün gözlәri gözlәnilmәdәn qәzәblә
Sergey İvanoviçә dikildi. – Niyә bu qәdәr dil tökmәliyәm. Sizi
çağırış vәrәqәsiylә yoldaşlıq mәhkәmәsinә çağırarlar, akt tәrtib
edib cәrimә nallayarlar, vәssalam! Özü dә çox çәkmәz!
Sergey İvanoviç güc-bәla ikigünlük möhlәt ala bildi.
Şәnbә günü axşam Sergey İvanoviç göyәrçinlәri sәbәtә qoyub
üstlәrini әsgiylә örtdü vә Leninqrad vağzalına getdi. Qәrara aldı
ki, onları Klindәn o yanda yaşayan bacısına aparsın – Moskvadan
yüz beş kilometr uzağa. Klavdiya Nikiforovna qocası sarıdan
çox nigarançılıq keçirirdi, xüsusilә dә onu toxunma canlıq
geymәyә vә çәtir götürmәyә mәcbur etmәdiyinә görә üzülürdü.
Son hәftәlәr leysan yağışlar tez-tez yağırdı, bazar günü dә sellәmә
tökmüşdü. Klavdiya Nikiforovna göyәrçinlәri, qonşuları, Brıkini
lәnәtlәdi, hәr cür ehtiyat tәdbiri görmәyi xәyalından keçirdi.
Sergey İvanoviç gecә yarıdan keçmiş gәldi – üzgün idi,
amma razı qayıtmışdı, üstәlik, geriyә bir dәstә yasәmәnlә dön-
müşdü. Danışdı ki, göyәrçinlәri әla yerlәşdirdilәr, ondan yaxşısını
heç xәyala da gәtirmәk olmaz. Bacısı qızlarının hәr ikisi quşlara
görә özlәrini son dәrәcә xoşbәxt hesab etdilәr. Göyәrçinlәri çar-
daqdakı mәnzilә apardılar, onların indi hәr şәraiti var, pәncәrәlәri
bağçaya baxır yoxsa buradakı kimi – paslı navalça, qonmağa yer
257