Page 258 - Yuri Trifonov
P. 258
i Trifonov

dә yoxdu. Orada genişlik var, hava, yasәmәnlәr... lap yüz il istә-
yirsәn qurulda özünçün, cansağlığıyla...

– Hesab elә ki, bizim quşcuğazlar, doğmaca evlәrini tapıblar, –
Sergey İvanoviç söhbәtini bitirib, yorğun-yorğun gülümsündü. –
Daha qayıtmazlar...

Göyәrçinlәr hәftәnin ikinci günü qayıtdılar.
Әrini qapının ağzında qarşılayan Klavdiya Nikiforovna ağladı.
Göyәrçinlәrin nahardan bir az öncә, günorta gәldiyini dedi vә
bildirdi ki, oğlan onları artıq sapandla daşa da basıb.
Sergey İvanoviçi qәribә hisslәr, heyrәt qarışıq bir qorxu bü-
rüdü, barmaqlarının ucunda pәncәrәyә yaxınlaşdı. Göyәrçinlәr
yenә caynaqlarını paslı navalçaya ilişdirib asılmışdılar. Onların
muncuq kimi xırda gözlәri Sergey İvanoviçin üzünә sevgiylә ba-
xırdı.
Brıkin özünün üçüncü gәlişindә yoldaşlıq mәhkәmәsinә
çağırış vәrәqәsi gәtirdi: mәhkәmә şәnbә günü, saat on yeddidә,
qırmızı guşәdә keçirilәcәkdi.
Yenicә girmiş yayın isti günlәrindәn birinin axşamüstü çağıydı.
Uşaqlar bağ evlәrinә vә pioner düşәrgәlәrinә getdiyindәn hәyәt
boş idi, yüngül meh asfaltdan qovaqların açıq-gümüşü rәngli
tükcüklәrini sovururdu. Onlardan bәzilәri yeddinci mәrtәbәyәcәn
qalxmışdı, pәncәrәdәn içәri dolmuşdu, isti havadan güc alıb daha
şövqlә qanadlananları isә damın, antenlәrin üstüylә mavi göy
üzünә dikәlmişdi. Klavdiya Nikiforovna pәncәrәdәn baxıb qoca-
sının sәbәti yellәyә-yellәyә hәyәtdә necә yeridiyini seyr etdi.
O, bir saatdan sonra qayıtdı. Sәbәt boş idi. Klavdiya Nikiforov-
na dәrhal Sergey İvanoviçdәn çaxır iyi gәldiyini vә әllәrinin necә
әsdiyini duydu.
– Verdin? – nәdәnsә Klavdiya Nikiforovna qorxa-qorxa
soruşdu.
– Narahat olma, anaş. Daha hәr şey qaydasındadı... Yaxşı
olacaq, anaş...
– Nәdәn sevincәk olub belә içmisәn? Dayan görüm... – Klav-
diya Nikiforovna Sergey İvanoviçin pencәyinә ilişmiş bәyaz,
xırda bir tükcüyü götürdü.
– Bu, tükcükdü, anaş. Qovaq tükcüyü, başa düşdün? Sәnә
deyilәnlәri başa düşdün, a qarıcığım? Sәn bir bunun yanaqlarına

258
   253   254   255   256   257   258   259   260   261   262   263