Page 256 - Yuri Trifonov
P. 256
i Trifonov

Sergey İvanoviç sәhәr yorğan-döşәkdәn qalxıb ayaqyalın
pәncәrәyә yaxınlaşdı, ilahi, göyәrçinlәr yenә yerindәydi. Dayanmağa
yer olmasa da, dırnaqlarını dәmirә ilişdirib sallaşmışdılar. Üçü
dә burdaydı. Anlamaq olmurdu ki, necә dura bilirdilәr. Bu
sallaşmış göyәrçinlәrin çox zavallı görkәmi varıdı. Sergey İvanoviç
vә Klavdiya Nikiforovna özlәrini itirmişdilәr. Mariya Alekseyevnanı
qardaşı uşağıyla birgә gәlib baxmağa çağırdılar vә Marişkanı da
sәslәdilәr. Marişka xәstәydi, yatırdı, әvәzindә Sofiya Leopoldovna
belibükük halda gәldi, başı da әsirdi. Mariya Alekseyevnanın
qardaşı oğlu savadlı adam idi, institut tәlәbәsiydi, dedi ki, göyәr-
çinlәrin xüsusi vәrdişlәri olur. Onların bu pәncәrәni tәrk etmәlәri,
mәsәlәn, eynәn Sergey İvanoviçin tәnbәkini tәrgitmәsi kimi çәtin
bir işdi. Sofiya Leopoldovna da tәәccüblәndi, ah çәkdi, sonra
Klavdiya Nikiforovnaya pıçıltıyla dedi:

– Bizdә isә bәdbәxtlik baş verib: Aqniyanı işdә ixtisara
salıblar. Bilmirәm necә yaşayacağıq. Kitabları satmağa başlamışıq,
xalçamızı xırıd elәdik... – Vә bәrkdәn: – Yox, sizin quşlardan
olmaz. Mәn onları qәtiyyәn әldәn buraxmazdım!

Sergey İvanoviç qaşqabağını tökmüşdü.
– Yaxşı, eybi yoxdu, – mızıldandı. – Çox sallaşıb qala
bilmәzlәr, yorulacaqlar...
Göyәrçinlәr, hәqiqәtәn dә, harasa uçub getdilәr, amma sonra
qayıdıb, yenә әvvәlki kimi dırnaqlarını navalçaya ilişdirib, sәbirlә
ordan asıldılar. Onlar belәcә bütün günü asılıb qaldılar. Göyәrçinlәrin
bu qәdәr sәdaqәtli olmalarından heyrәtә gәlәn Sergey İvanoviç
qәrara aldı ki, nә olursa, qoy olsun, quşlar burada qalacaq. Belә
quşları azdırmaq olmaz.
İki gün sakitlik oldu, üçüncü gün Brıkin gәldi.
– Hә, nә deyirsiz, vәtәndaşlar? Akt tәrtib edәcәyik?
Ona yeşiyin olmadığını vә hәtta navalçanı belә bilәrәkdәn
әydiklәrini göstәrdilәr, liftçinin oğlu barәdә dedilәr, bir dә lәnәtә
gәlmiş göyәrçinlәrin qayıdıb öz yerlәrindәn necә sallandıqlarını,
onlarla bacarmağın mümkünsüzlüyünü bildirdilәr. Caynaqlarını
ilişdirib asılmış göyәrçinlәrә Brıkin bir xeyli baxdı, başını
yırğaladı, qırmızı yanaqları sәyridi. O, hansı göyәrçinin dişi,
hansının erkәk olduğunu soruşdu, onları tutub götürmәyә cәhd
elәdi, hәtta pәrvazın üstә azacıq çörәk qırıntısı da sәpdi.

256
   251   252   253   254   255   256   257   258   259   260   261