Page 253 - Yuri Trifonov
P. 253
Göyərçinin ölümü

İvanoviç adәtәn axşamüstü – ciddi, illәrlә sınanılmış vә rәqib
kimi bir-birinә qarşı barışmaz olan adamlar toplaşanda oynayırdı.
İndi isә әgәr Vasili Potapoviç oynamağa hazırlaşırdısa, hәm dә
qoca Kolesov ordaydısa, getmәmәk günah olardı.

– Gedim naharacan bir az girәlәnim, – Sergey İvanoviç
Klavdiya Nikiforovnanın arvadlarla hәlә dә boş-boş söhbәt etdiyi
dәhlizә çıxarkәn dedi. – Çağırarsan...

Bir neçә gün keçdi, Klavdiya Nikiforovna oğlanın göyәrçinlәri
necә daşa basdığını yenә gördü. Tәzәcә onu mәzәmmәt etmәyә
başlamışdı ki, qәfil Morqunova balkona çıxdı, әynindә Çin
ipәyindәn parıltılı xalat vardı, bir kәlmә dә demәdәn oğlanın
әllәrinә-әllәrinә çırpmağa başladı: al gәldi! ala! ala! Oğlan
ağlamağa başladı. Morqunova Klavdiya Nikiforovnaya sarı
çevrildi vә bütün hәyәtin eşidәcәyi bir sәslә dedi ki, әgәr sabahacan
göyәrçinlәri buradan yığışdırıb rәdd elәmәsәniz, sizinlә Evlәr
Komitәsi mәşğul olacaq.

Әlbәttә, Sergey İvanoviç göyәrçinlәri yığışdırmağı heç ağlına
belә gәtirmәdi. Bir dә ki, axı hara yığışdıraydı? Dolaba? Bәlkә,
onlardan şorba bişirәydilәr? Doğrudu, bu arada göyәrçinlәr
mәsәlәsi qısa müddәtә dә olsa unuduldu: gecә Boris Yevgeniyeviçin
arxasınca gәlib apardılar. Bu, anlaşılan idi. Sәs-küy, tappıltı, söz-
söhbәt... tәbii ki, sakinlәr ayılıb dәhlizә çıxdılar. Aqniya Nikolayevna
saçları daranmamış, rәngi qaçmış, sәrxoş kimiydi, ürkmüş halda
baxırdı, Sofiya Leopoldovna isә ucadan qışqırırdı. Tәkcә Marişka
sakit idi, yuxulu-yuxulu әsnәyirdi, Boris Yevgeniyeviç onu qolları
üstә qapıyacan apardı. Sakinlәr onunla vidalaşdılar. Klavdiya
Nikiforovna dedi:

– Bu nә mәsәlәdi, Boris Yevgeniyeviç?
O baxıb gülümsәdi:
– Klavdiya Nikiforovna, mәgәr bilmirsiniz, axı mәn dünәn
adam öldürmüşәm!
Sonra Sergey İvanoviç vә Klavdiya Nikiforovna uzun müddәt
yata bilmәdilәr, çayniki qızdırdılar, baş verәnlәri pıçıltıyla
müzakirә etdilәr: Yәni Boris Yevgeniyeviç adam öldürә bilәr?
Bir yandan, o, zarafatcılın biriydi, bәlkә dә, mәzәlәnirdi. Olsun
ki, kitabxanada qiymәtli kitabları korlayıb, ya da buna bәnzәr
nәsә bir hoqqa çıxarıb.

253
   248   249   250   251   252   253   254   255   256   257   258