Page 251 - Yuri Trifonov
P. 251
Göyərçinin ölümü

Oğlan almanı yeyib, cecәyini dördüncü mәrtәbәnin eyvanındakı
alüminium vedrәyә tәrәf vızıldatdı. Әgәr dәysәydi, vedrә danqıl-
damalıydı. Hәrdәn cecәyi aşağıya necә gәldi tolazlayırdı, sürahinin
dalına sinib gözlәyir, sonra boylanırdı ki, görsün kimә dәydi.

Tezliklә oğlan göyәrçinlәri gördü, eyvana sapandla çıxmağa
başladı. O, göyәrçinlәri әrik çәyirdәyi, divardan qopardığı sement
qırıqlarıyla vurmağa girişdi. Bir dәfә necә oldusa, Sergey İvanoviç
bunu gördü vә onu pәncәrәdәn danlamağa başladı:

– Ay kişi qırığı, nә xuliqanlıq edirsәn?
Oğlan gülümsündü, qızardı vә otağa qaçdı.
Amma bir-iki gün sonra oğlan yenidәn eyvanda peyda olub,
yenә köhnә vәrdişinә girişdi. Sonra bir hәftә yağış yağdı vә
göyәrçinlәr nәfәslәrini dәrdilәr. Mayın ortalarında isә yenidәn
günәşli havalar başladı vә sәhәrlәrin birindә xışıldayan plaş
geymiş, güllü çәtir götürmüş ucaboylu gәnc bir qadın gözlәnilmәdәn
onlara gәldi:
– Salam. Mәn altıncı blokda yaşayan Morqunovayam, – o,
çәtirini şıqqıltıyla bağlayaraq dәhlizә daxil oldu. – Mәn göyәrçinlәrlә
bağlı gәlmişәm.
– Xoş gәlmisiz, keçin otağa, – Klavdiya Nikiforovna onu
içәri dәvәt etdi.
– Yox, çox sağ olun, bir dәqiqәliyә gәlmişәm. Gәlişim ancaq
göyәrçinlәrlә bağlıdı. Göyәrçinlәr sizindi, elәmi? Mәsәlә ondadı
ki, sizin göyәrçinlәr bizim ailәnin taleyindә faciәli rol oynayırlar.
Yox, mәni düz başa düşün! Mәnim prinsipcә göyәrçinlәrә heç
bir etirazım yoxdu... – Morqunova elә ucadan vә elә xoş ovqatla
danışırdı ki, sәsә qonşu Mariya Alekseyevna da otağından
boylandı, hәlә karlığına baxmayaraq Sofiya Leopoldovna da
eşidib mәtbәxdәn bayıra çıxdı.
Sergey İvanoviç çәtirli qadının nә istәdiyini dәrhal anşıra
bilmәdi. O, balaca dodaqları çәhrayı pomadayla sәliqәylә boyanmış
qadının alyanaqlı çöhrәsinә, xışıldayan, parıltılı plaşına qaşqabaqla
baxıb tәnbәkini sümürәrәk “çox qәribәdi, camaat niyә bu qәdәr
korlanıb!” – deyә fikirlәşdi. Bir şey olmamış başlayırlar ki, “elә
gәldi, belә getdi...”, müharibә vaxtlarında nәlәr çәkdiyimizi artıq
xatırlayan yoxdu. Qulaq kәsilib başa düşdü ki, qadın göyәrçinlәri
burdan yığışdırmağı xahiş edir. İndi soruş görüm: axı niyә? Niyә
yığışdırmalıyıq? Quşların kimә maneçiliyi var? – o, heç cavab
belә vermәyәcәk, çünki onun da ibnәliyi var – tәrslik.

251
   246   247   248   249   250   251   252   253   254   255   256