Page 234 - Yuri Trifonov
P. 234
i Trifonov

Göbәlәkli payız

(hekayә)

Nadya Kolya vә Vitya ilә birgünlüyә çimmәyә getdiyi
Moskvadan geri döndü, Antonina Vasilyevna isә bağ evindәydi.
Göbәlәyin bol olduğu günәşli bir sentyabr gәlmişdi, soyuqlaracan
qalmaq fikrindәydilәr, uşaqlar gәlәn mövsümdә mәktәbә gedәsiydi –
sonuncu sәrbәst illәriydi. Saat yeddiyә yaxınıydı, hava azacıq
qaralmışdı, bәzi yerlәrdә pәncәrәlәrdә işıq görünürdü. Nadya
uşaqlarla birgә hәyәtә girincә, evә sarı getdi, istәr-istәmәz qaranlıq
içindә olan aynabәndә vә mәtbәxin pәncәrәsinә gözü sataşdı,
özünә dә qәribә gәldi, amma bu, bircә anlıq oldu, çünki anasının
unutqanlığını bilirdi, düşündü ki, o, sadәcә mürgülәyib, yәqin,
yoxsa işıqları hәmişә erkәn yandırırdı. Nadya artırmanın pillәlәriylә
yuxarı qalxdı, uşaqlar da arxasınca, o, dәhlizin bağlı qapısını
döydü, heç kim cavab vermәdi; bәrk-bәrk döymәyә başladı,
sonra ucadan çağırdı, uşaqlar isә şәnlәnirdilәr, ikisi dә: “Nә-nә!
Nә-nә!” çığırırdı, coşub özündәn çıxmış bu sәfehlәr әl-әlә yapışıb
bir-birinә baxa-baxa, qollarını yellәdirdilәr. Nadyanı isә qәfil
narahatçılıq bürüdü, özü dә möhkәm. Tövşüyә-tövşüyә pillәkәnlә
aşağı yüyürüb, gül lәkinin içindәn qışqırmağa başladı. İkinci
mәrtәbәdә pәncәrәnin qapısı taqqıltıyla açıldı, Vera İqnatyevnanın
ağarmış başı göründü. Nadya ondan bu gün anasını görüb-
görmәdiyini soruşdu, qarı dedi ki, onu sәhәr görüb: Antonina
Vasilyevna daxmanın yanında odun doğrayırmış. “Niyә axı? –
Nadya әsәbiliklә qışqırdı. – Niyә bizi gözlәmәyib? Dәfәlәrlә
tapşırmışam hәlә!” Ürәyi sancdı, tәzәdәn pillәlәrlә yuxarı yüyürdü,
qapını silkәlәyib qırmaq istәdi, amma alınmadı, bu zaman Yev-
lentiyevlәrin evinә sarı qaçdı. O, indi nәinki hәyәcandan, hәm dә
fiziki gәrginlikdәn boğulurdu, sәksәn beş kilo çәkiylә vә belә
şeylәrә vәrdiş etmәmiş ürәklә qaçmaq olduqca çәtin idi. Yevlen-
tiyevlәrin qapısında qıfıl vardı, nәrdivanları isә hәmişә olduğu
kimi qarajlarının divarına söykәkliydi. Nadya nәrdivanı qapıb
aynabәndә sarı apardı, içindә çörәk, pomidor, kefir butulkası,
uşaqlarçün tәmir elәtdirdiyi ayaqqabılar olan çantanın ağırlığından

234
   229   230   231   232   233   234   235   236   237   238   239