Page 236 - Yuri Trifonov
P. 236
i Trifonov
bütün hәyatını nurlandırmışdı: iyirmi beş il öncә, Antonina Vasil-
yevna sevimli әrini qovmuşdu, çünki o, әyyaşa çevrilmişdi, onunla
bir damın altında yaşamağın mümkünatı yoxuydu. Әri dünyanın
o başına – başqa bir şәhәrә çıxıb getmişdi. Yәqin, elә orada da
ölmüşdü. Qadını da vardı. Bәzәn uşaqlarına qәribә mәktublar
yazardı: “Әzizim Nadyuşa! İndi yaşadığım ev ikimәrtәbәli, iyirmi
dörd pәncәrәsi vә üç qapısı olan taxta bir barakı xatırladır,
suötürücü qurğuları yaxınlıqdadır, tüstü bacaları yaxşı çәkmәlәriylә
fәrqlәnir...” Nadya mәktubu anasına göstәrmişdi, o, büruzә vermәsә
dә әzab çәkә-çәkә oxumuşdu. Anlaşılmaz ifadәlәrindәn vә mәnasız
üslubundan bunu sәrxoş halda yazdığını anlamış, әlindәn heç nә
gәlmәsә dә, gizlicә ağlamışdı. Anası xatırlayır ki, haçansa hәyatları
gözәlmiş, o çağları yada salır, amma tәәssüflәnmәdәn ağlayırdı:
atası zavodda baş mühәndis işlәyirmiş, Kryukovda zavod hesabına
dövlәtin verdiyi bağ evlәri varmış, bağçalarında alma ağacları
yetişirmiş.
Qәfildәn hәr şey çox sürәtlә vә gözlәnilmәdәn dağılıb getdi. O
qocaldı, gücdәn düşdü, xüsusilә dә müharibә vaxtı, әlli cür işdәn
yapışdı – fabrikdә normalayıcı, zavodda makinaçı-katibә işlәdi, uşaq
qruplarını bulvar gәzintisinә aparmaqla mәşğul oldu, yemәkxanada
baş aşpaz kimi çalışdı, bir artel üçün evdә ipәk örpәklәr boyamağa
girişdi, uşaqları da bu işә cәlb etmәyә çalışdı, heç kim kömәk etmәdi:
böyük bacısı Frosya xala varlı-hallı yaşasa da (әri Lyova dayı otuz
ildi nazirliklәrdә çalışırdı), uşağı olmasa da, özgә hәyatına qarışmırdı.
Ah, Frosya xalanın özü bilәn mәslәhәtdi! O hönkürüb ağlayacaq.
Böyük bir ailәdәn ikisi: o vә Nadyanın anası qalıb. O, elә paxıldı ki...
Nәyә paxıllıq edir, görәsәn? O, öz bacısında hәsәd aparmağa hökmәn
nәsә tapırdı. Anası deyirdi ki, Frosyanın gözündә var – nәzәri çox
pisdi. Aclıq illәrindә iki dәfә çarәsizlikdәn ona ağız açmışdı, o da әl
tutanda xәtir-minnәt qoymuşdu (“Bu qәdәr doğub-törәmәyi sәnә
kim buyurmuşdu?” vә ya “Kim günahkardı ki, adaxlılarını qovalayırsan,
amma uşaqların barәdә düşünmürsәn?” demәklә Lyova dayının
qohumu olan, burada qeydiyyata düşmәk ümidiylә Orşidәn gәlmiş
bir baytar hәkimlә olan münasibәtinә eyham vurmuşdu), Antonina
Vasilyevna isә bir daha Frosyadan nәsә istәmәyәcәyinә and içmişdi.
Anasının ona yazığı gәlirdi. Deyirdi ki, Lyova dayı әclafdı,
236