Page 229 - Yuri Trifonov
P. 229
Qoca
düşürsәnmi, ona görә o, belә ehtiyatlıdı. Sergey Kirilloviç haqda
heç nә bilmir vә heç nә dә eşitmәk istәmir... Qorxur ki, zәrәri
dәyәr... Haqq-hesabını çox yaxşı bilәn qadındı haa...”
Sus, sakit! Asya barmağını dodaqları üstә qoyur, uşaqlıqdakı
kimi yenә qaş-gözünü oynadır. Otaqda çatışmayan bir şey
diqqәtimi çәkir – nәdәnsә, qapı yoxdu. Әvәzinә pәrdә asıblar.
Hәr şey eşidilir. Qonşu otaqda gәlin başmaqlarını şappıldada-
şappıldada gәzişir, oğluyla söhbәt edir. Başmaq sәslәri pәrdәyә
yaxınlaşanda Asya sәsini qısır, güclә pıçıldayır, eşidә bilmirәm,
hәmişә olduğu kimi, әsәbilәşib yenidәn soruşuram, ya da ki, qә-
fildәn mübaliğәylә ucadan danışmağa başlayır:
“Әllәrim qüvvәtliydi! Makinaya döşәyәndә beşinci nüxsә dә
oxunurdu. İndi üçüncü güclә sezilir, gücüm qalmayıb. Qabaqlar
makinanı ağlasığmaz dәrәcәdә şaqqıldadırdım. Rәhmәtlik әrim
deyәrdi: “Sәn makinaçı deyil, dәmirçi işlәsәn yaxşı olar...”
Doğrudanmı ümidsizcәsinә yıxılmaqdan güclә özümü saxlayıb,
o zaman bu qarıyıb gülünc günә qalmış insanı qollarım üstünә
almışdım? Onun bәyaz qarnı, ağappaq ayaqları hәlә dә gözümün
önündә, qanının, tәrinin skipidar kimi kәskin qoxusu hәlә dә
burnumdadı, on doqquzuncu ilin qoxusuydu bu vә onun gәnc,
ağır bәdәnini Miqulin mәnim әlimdәn elә dartıb aldı ki, sanki öz
qәnimәtini qamarlayıb-qoparırdı; sonra otaqda, Balaşovoda, işığı
yandırmadan, hәsrәt vә özgә sevgisindәn üzülәndә yenә dә eyni
çaşqınlıq vardı: “Niyә o, cәbhәyә sarı hәrәkәt etdi? Bütün bunların
arxasında nә dayanırdı?” Bir dә Şiqontsevin ölümündәn sonra
yatalaq xәstәliyinә tutulmuş qırxıqbaş, nazikboyunlu, gözlәri iz-
tirabla dolu anasının qәzәbi şaşırdırdı, o zaman ona elә gәlirdi ki,
daha sondu, Şiqontsev deyil – Miqulin öldürülüb, gecә qobuda
qılınclayıblar. Şiqontsevi ağ atın belindә, onunla birgә namәlum
birisini isә tünd rәngli atda qәrargahın hәyәtindәn çıxan vә xutora
sarı çapan görmüşdülәr. Şiqontsev döyüş әmrini çatdırmağa ge-
dirdi, ondan başqa, möhürü, şifrәni aparırdı, çapar yaralanmışdı,
qәrargahdan kimisә ona qoşmuşdular. Köhnә işlәrә görә – “Polad
dәstә” mәsәlәsi üstә Miqulin bu xәstә, azğın Şiqontsevi görmәk
belә istәmirdi, onu komissar göndәrmәk axmaqlıq olardı, amma
kimsә bunu bilәrәkdәn etmişdi, – etimadsızlıq baş qaldırmışdı,
229