Page 222 - Yuri Trifonov
P. 222
i Trifonov

edilmiş, әfv olunmuş, rütbәsi alçaldılmış, amma sağ saxlanılmışdı.
Hәr şeyi tәzәdәn başla indi. Qazanın aşıb dağıldı, indi tәzәdәn
bişir. Haçansa mәnim dә başıma gәlib. Qırxıncı ildә üzgün, xәstә
halda Svobodnıdan Moskvaya köçdüm. Fikirlәşdim ki, necә
yaşayım? İlahi, yaşamaq lazım idi, yaşamaq! Mәnasız şeylәr
istehsal edәn bir zavodda mirzәlik elәdim. Bir ildәn sonra,
avqustda qeyri-nizami qoşunla müharibәyә yollandım. O isә on
doqquzuncu ilin noyabrında mülki vәtәndaşa çevrildi: Don
İcraiyyә Komitәsindә torpaq şöbәsinә müdir tәyin edildi. Rostov
hәlә alınmamışdı, Saratovda oturmuşdular. Amma iki aydan
sonra yenidәn alaya göndәrdilәr...

Ruslanla iki nәfәr gәldi – bir qadın vә bir kişi. Qışlamaq
üçün kirayә ev istәyirdilәr. Kişi infarkt keçirmişdi, ona tәmiz
hava, dinclik lazım idi, qadın isә qulluğunda duracaqdı. Onların
hәr ikisi – Roman Vladimiroviç vә Maya – kifayәt qәdәr gәnc
idi, qırx yaşları olardı. “Çay içәcәksiz? Bәlkә, sanatoriya kompotu
verim?” – “Yox, yox, sağ olun, vaxtımız azdı, amma tәfәrrüatı
öyrәnmәk istәyirik”. Aynabәnddә soyuq idi, otaqda әylәşdik.

Dәrhal hansı yuvanın quşları olduğunu anladım, bildim ki,
indi yalan danışmağa başlayacaqlar. Özlüyümdә qәrara aldım ki,
yalan danışmış olsalar, onları kirayәyә buraxmayacam. Ruslan
adamları tanıya bilmir, onun başını piylәmәk asandı. Sualım
ciddidi vә hәdәfinә tuşlanıb:

– Siz әr-arvadsız?
Bir-birinә baxdılar. Qadın gülümsündü.
– Doğrusu, yox, Pavel Yevqrafoviç... Biz dostuq. İş yoldaşıyıq.
Onun tәbәssümü xoş, cazibәdar vә anlaşılandı. Gözәl tәbәs-
sümdü. Dodaqları incәdi. İlk gәnclik illәrinin ötüşdüyünә bax-
mayaraq, o, gözәgәlimli, toppuş, al yanaqlı bir qadındı. Roman
Vladimiroviçi tәbrik etmәk olar. Ancaq bağ evini onlara kirayә
vermәk arzusunda deyilәm. Qadın siqaret çәkmәyә icazә istәyir,
razılıq üçün başımı yellәsәm dә, bunu candәrdi edirәm. O, hәssas
qadınmış, dәrhal başa düşdü vә:
– Ah, görünür, sizdә çәkmirlәr. Bağışlayın, dözüb gözlәyәrәm.
Etiraz etmәdim. Qoy dözsün. Nәsә onlardan xoşum gәlmәdi.
– Soruşmaq ayıb olmasın, bәs işinizin adı nәdi?

222
   217   218   219   220   221   222   223   224   225   226   227