Page 223 - Yuri Trifonov
P. 223
Qoca
– Biz elmi işçilәrik – Roman Vladimiroviç deyir. – Biologiyayla
mәşğuluq. Mәn elmlәr namizәdiyәm.
Sonra özlәri başlayır ki, sobanı necә yandırsınlar? Soyuq
deyil mәnә? Balon qazı işlәdirik? İsti su yoxdu? Bәs suyun
verilmәsi necәdi? Ayaqyolu işlәyir? Üzümü hәr gün qırxırammı?
Yalqızlıq cana yığmır ki? “Böyük kәnd üzüntüsü” deyilәn şey
bezdirmir ki? Qonşular varmı? İtlәr, qarğalar necә? Markiza
lәqәbli qarı dururmu? Bu evdә yaşayır, yoxsa qonşuda? Ona
qonaq gedirsizmi? O da hәrdәn sizә gәlirmi? Belә neylәyirsiz?
Danışmağa bir şey yoxdumu? Bәs axşamlar? Televizorunuz
yoxdu? Gözlәriniz yorulmur bәs? Yatanda yuxu dәrmanı atırsızmı?
Birdәn düşündüklәrim alt-üst olur, başa düşürәm ki, bunlar haqda
doğru fikirlәşmәmişәm! Tamamilә. Tamam ayrı cürmüş onlar.
Duyuram ki, belәdi. Sadәlövh uşaqlarmış, onlara rәhmim gәlir –
hәmişәki kimi. Ruslan büzüşüb oturub, heç özünә oxşamır. Sanki
bu adamlardan asılıdı. Elә bil onları o gәtirmәyib, әksinә, bunu
hәmin adamlar gәtirib buraya. Bәlkә, doğrudan da, onlardan ası-
lılığı var?
Roman Vladimiroviç qalın eynәyinin altından gülümsәr
gözlәriylә nüfuz edir vә daim şәhadәt barmağıyla әrәb üzünә
oxşayan qarayanız sifәtini qurdalayır: gah qulağını, gah da
burnunu eşib çirki döşәmәyә atır, hәrdәn dә dodağını dartışdırır.
– Doğrudan da, Pavel Yevqrafoviç, әgәr bizim naxışımız gә-
tiribsә... – O, barmağını ağzına soxub, dırnağıyla dişinin arasını
tәmizlәmәyә başladı. – Bizә bir azca Miqulindәn danışın...
Eşitdiyimә görә, onun haqqında sәnәd toplayırsız... Çox qәribә
sima olub! Boş vaxtınız varsa...
– Nәyinizә lazımdı?
– Haqqında eşitmişәm, hәtta bәzi şeylәr oxumuşam da. Bir
az danışaydınız, pis olmazdı.
Yalan deyir. Nә eşidib, nә dә oxuyub, bu barәdә onlara
Ruslan danışıb.
– Miqulin barәdә çox danışa bilәrәm. Amma oğlumun
niyyәtindә belә söhbәt olmayıb. Niyә belә edirsiniz, Ruslan
Pavloviç? Başınız xarab olub? Yoxsa adam öldürmüsüz?
– Danış! – qaşqabaqlı halda bildirir. – Sәndәn xahiş edirlәr...
223