Page 220 - Yuri Trifonov
P. 220
i Trifonov
– Yox.
– Belә de!
– Bilmirәm.
– İdarә maşınıdı. Burada pansionat tikәcәklәr. Kiçik heyәt
üçün...
– Bәs bizim evlәr? – Ruslan tәәccüblәndi. Axmaq sual idi. O,
bәlkә dә, istilәrdәn, xәstәlikdәn, xәstәxanadan sonra ruhәn
üzüldüyü üçün belә sual verdi.
– Evlәr! – Sürücü başını yellәyib gülümsündü. Ruslanın
bütün hәyatı keçmiş, qaralmış şalbanlardan tikilmiş yoxsul bağ
evinә maşının pәncәrәsindәn nәzәr salıb yenidәn gülümsündü.
Bu dәfә gülümsәmәsindә zorakı, tәhqiredici zarafata oxşar istehza
vardı. – Evlәr...
Vaxt qalmadığını başa düşmürlәr. Vaxt qәtiyyәn qalmayıb.
Mәndәn soruşsaydılar: “qocalıq nәdi?”, deyәrdim: zamanın
çatışmadığı vaxt. Çünki biz axmaqlar düzgün yaşamırıq, zamanı
ora-bura, boş-boşuna sağa-sola sovurur, havayı yerә xәrclәyirik,
onun necә möcüzәli, dәyәrli bir inci olduğunu dәrk elәmirik, an-
lamırıq ki, vaxt bizә nәyisә yerinә yetirmәyә görә, nәyәsә nail
olmaq üçün bәxş edilib, papağı günә yandırmaqdan ötrü әrmağan
olunmayıb. Әslindә vaxt insana, mәsәlәn, özü arzuladığını, istә-
diyini yerinә yetirmәkdәn ötrü verilib. Bu şeylәrә isә yetmәkçün
kiçicik bir çatışmazlıq var – zaman çatışmazlığı! Çünki o, İlahi,
israf edilib, sәpәlәnib illәrin qoynuna... Onlar deyir: sәn hara
gedәcәksәn, qoca? Hava pisdi, yağış yağır, soyuqdu, xәstәlәnәrsәn,
ciyәrlәrin sәtәlcәm olar. Sәnin yaşda olanlara ciyәrlәrin sәtәlcәmi
hәr şeyin sonu demәkdi. Yazacan gözlә, sәnin o Asyan heç yana
qaçan deyil, Miqulinin dә itib-batmaz. Hara tәlәsirsәn?! Dövlәt
әhәmiyyәtli işdi bu?! Fikirlәşmirlәr ki, heç mәn özüm yaza çıxa
bilәcәmmi? Gözlәmәyә vaxt yoxdu, yox, yoxdu, bir gün dә
olsun yoxdu.
Mәni bağdan dartıb aparmağa başladılar ki, nәzarәt altında
saxlasınlar: Veroçka yalvardı, Ruslan taksidә çatdırdı özünü,
baldızımı da götürüb gәtirdilәr. “Başa düşmürәm, Pavluşa, burda
adam necә yaşaya bilәr?” O, paltosuna bürünüb oturub, soyuqdan
dişlәri şaqqıldayır. Mәn özüm bilәrәkdәn evdә soyuq hava
220