Page 206 - Yuri Trifonov
P. 206
i Trifonov
cәbhәdәn qaçan insanları tanıyır vә ittiham edirdik, indi isә
cәbhәyә gedәn bir qrup adamı ittiham edirik!
Biz burada kimi günahlandırırıq? İttihamçının dediyi yaşılbaş
ördәyi yox, әlbәttә. Önümüzdәki bir inqilab aslanıdı. Sovet
Rusiyasının ilk çağlarından o, inqilab müdafiәçilәriylә bir sırada
döyüşüb, iki il namusla vuruşub, özü dә necә! Bu yaşılbaş, tәkrar
edirәm, proletar inqilabının ilk çağlarından cәngә atılıb. Doğrudur,
o, siyasi proqramı tam tәsәvvür etmәyib, görünür, köhnә partiya
işçisi olan, mәmnunluqla dinlәdiyimiz bizim ittihamçı kimi siya-
sәtin bütün incәliklәrindәn baş aça bilmәyib, amma inqilab aslanı
bu mәsәlәlәri ürәyiylә ayırd etmәyi bacarıb, dilәnçi günündәki
zәhmәtkeş sinfinә partiyanın nәlәr gәtirdiyini ürәyiylә duyub...
Harda bir fәlakәt baş veribsә, harda ağqvardiyaçı bandalar bizim
qırmızıların cәbhә xәttini pozubsa, bu yaşılbaş dediyiniz ora qa-
nadlanıb, mәsul mәqamlar ona etibar edilib. Ona bel bağlayıblar
vә o da ümidlәri doğruldub. Bizim hәrbi әmәliyyatların tarixçәsini
yaxşı bilmәsәm dә, icazә verin, sizә xatırladım, ötәn il bizim Qızıl
Ordu hissәlәri Xapyorsı tәrәfdә, mәftil maneәni keçә bilmәmişdilәr,
o zaman bax bu yaşılbaş, düşmәnә arxadan hәmlә etmişdi, onları
geri otuzduraraq cәnuba qovmuşdu. Mәgәr bu yaşılbaş sonra
hәrәkәt edib Novoçerkasska yetişmişdimi?
İndi bizim önümüzdә müttәhim kimi dayanan bu adam bәs
hansı günahlara batıb? Hә, budur: bir Qızıl Ordu döyüşçüsü kimi
o, pis siyasәtçidi, әhatәsindә olduğu siyasi atmosferdәn yaxşı
başı çıxmayıb vә bir döyüşçü kimi hәrәkәtlәrindә, fikirlәrindә
açıq-saçıq olub. O, öz fikrini gizlәdә bilmәyәn, bir üzü olan
insandı, ürәyindә nә varsa, әmәlindә dә odur... 19 nömrәli
kamerada mәnimlә etdiyi söhbәtdә o, tәәssüflә bildirdi ki, yazış-
malarının hamısı әlә keçib. Buradakı mәktublar şәxsi xarakterlidi.
O, xahiş etdi ki, sitat gәtirmәyim, bu, heç bizә dә lazım deyil,
amma onun xahişini bircә yerdә pozmağı özümә rәva görürәm:
orada onun boyaboy göründüyü gözәl bir cümlәyә rast gәldim:
“Ya bütünlüklә mәnim ol, ya da mәndәn uzaqlaş”. Bu qısaca
cümlәdә Miqulinin naturası tamamilә öz tәcәssümünü tapıb...”
Vәkilin nitqinә nә qәdәr diqqәtlә qulaq asmışdımsa da, bu
cümlәni indi heç cür yadıma sala bilmirәm. Özü dә çox diqqәtlә
206