Page 201 - Yuri Trifonov
P. 201
Qoca
Sәdr. Siz Miqulinin qanundankәnar elan edildiyini nә vaxt
bildiniz?
Dronov. Hücumdan beş-on dәqiqә öncә...
Sәdr. Miqulin, kazakların 22 vә 23 avqustda, sәhәr-sәhәr qa-
rışıqlıq salaraq kommunistlәri hәbs etmәlәri sizә mәlum idimi?
Miqulin. Mәn bunu bilmirdim.
İkisaatlıq fasilә elan olunur. Axşam Yansonun ittiham çıxışı
dinlәnilir. O zaman onun iyirmi sәkkiz yaşı vardı. Bu qısabacaqlı,
sarışın adamın tribunada nә cavanlığını, nә keçmiş universitet
illәrini, nә Baltikyanı bir ölkәdәn olduğunu görәn yoxuydu, mәn
dә görmürdüm: bu, danışan, öz sәsiylә adamı donduran inqilab
idi, hadisәlәrin gedişiydi. Xatırlayıram, yaxşı xatırlayıram – ada-
mın ruhu donur, әllәri keyiyirdi...
Göy üzünün pәncәrәdәn görünәn soyuq parıltısını xatırlayıram.
Gözlәnilmәz günәşli bir gün idi. Xatırlayıram: Asya ilk cәrgәlәrdәn
birindәydi, sanki heç nә görmür, heç nә eşitmirdi, gözlәrini
çalbığlı kazaka zillәmişdi. Heyrәtimin getdikcә necә artdığı
yadımdadı: mәn onun günahkar olduğuna necә şübhә edә bilәrdim?
Hәr şey gün kimi aydın idi.
“Sovet hakimiyyәtinin Denikinlә müharibә apardığı bir vaxtda
bizim Qızıl Orduda mәsul vәzifә tutaraq hökumәtә qarşı silahlı
qiyam qaldırdıqları üçün mәn keçmiş kazak polkovniki Miqulini
vә onunla әlbir olanların hamısını ittiham edirәm. Qarşımızda
üsyanın mәnzәrәsini aydın әks etdirәn böyük istintaq materialları
var. Avqustun 23-ü gecәsi öyrәndim ki, Saranskda nәsә yaxşı
şeylәr baş vermir, korpus tәlatüm içindәdi, Miqulin qiyama çağı-
ran nitqlәr söylәyir. Mәn konfliktin sülh yoluyla hәlli üçün hәr
cür sәy göstәrdim. Birbaşa rabitә vasitәsilә Miqulinә Cәnub cәb-
hәsindәki vәziyyәt vә Mamontovun hücumu haqda mәlumat
verdim. Bәyan etdim ki, onun razılaşdırılmamış bu yürüşü Sovet
Respublikasının müdafiәsinә böyük ziyan vura bilәr. Buna cavab
olaraq onun dolaşıq vә mәnasız sözlәrini eşitdim: guya “daha
dözә bilmir”, guya “artıq boğulur”... O, 23-cü diviziyayla birlәşmәk
ümidiylә vә ancaq özünә, yәni Miqulinә mәlum olan mәqsәdlәr
üçün korpusu çәkib apararaq, Saranskdan cәbhәyә sarı hәrәkәt
etdi...
201