Page 205 - Yuri Trifonov
P. 205
Qoca

dәhşәtli әmәllәr törәdildiyinin şahidi olarsınız. Konvent qoşunlarının
törәtdiklәri yalnız sinfi analiz işığında anlaşılır. Onlara tarix
bәraәt verir, çünki bunları öz yolundan feodalizm qalıqlarını vә
xalq cәhalәtini süpürüb atmış yeni, mütәrәqqi sinif törәdib. Elәcә
dә indi. Başa düşmәlisiz...

Biz böyük çәtinliklәr dönәmini yaşayırıq, inqilab üzük qaşı
kimi mühasirәdәdi. Ordumuz Oktyabr inqilabının nailiyyәtlәrini
qorumaq üçün son qüvvәsini sәrf edir. Әvvәllәr hәr bir komandirin
kor-koranә bir yolla özbaşına fәaliyyәt göstәrdiyi Qızıl Ordu
sıralarında baş alıb gedәn hәrc-mәrcliyi indi ordumuz aradan
qaldırmağa başlayır... Miqulinçilik nә qәdәr manilovçuluğun
arxasında gizlәnsә dә, hәmin özbaşınalıq dövrünün әyәr-әskikliyini
tәzahür etdirir.

Qarşımızda dayanan – insan xoşbәxtliyi haqda sәrsәmlәyәn,
әslindә Mamontov üçün Moskvaya yol açan bir cinayәtkardı. Bu cür
adamlara qarşı rәhmsiz olmalıyıq. Xırda burjuaziya ideologiyasının
tör-töküntülәri inqilabın vә Qızıl Ordunun yollarından süpürülüb
atılmalıdı. Mәn belә hesab edirәm ki, Miqulinә vә onun hәmkarlarına
qarşı әn qatı cәza tәdbirlәri tәtbiq olunmalıdı...

Mәn Miqulinә, bütün komanda heyәtinә, komissarlara vә
onunla gedәn bütün kommunistlәrә güllәlәnmә tәlәb edirәm”.

Sonra heç kimә oxşamayan, müharibәyәqәdәrki, Nuh
әyyamından qalma, pensne taxmış vәkil Stremuxov çıxış edir. O,
hәm dә qeyri-adi dәrәcәdә kökdü, tövşüyә-tövşüyә danışır.

“Yoldaşlar! Müttәhimin müdafiәsini İnqilab Tribunalı uyğun
olaraq mәnә hәvalә etmişdir. Nә miqulinçilik sistemini, nә
miqulinçilik adı altında mәşhur olan tarixi tәzahürü deyil, mәhz
müttәhimin özünün müdafiәsini... İttihamçı miqulinçilik haqda
bizә geniş bir mәruzә etdi, o, hakim kommunist partiyasının ba-
xışlarının mәnzәrәsini yaratdı; bütün bunlar yeni şeylәr deyil,
әgәr ittihamçı bu tәzahürü partiyanın baxış bucağından şәrh
edәrkәn üzünü camaata, böyrünü sizә sarı çevirmişdisә (sәdr vә-
kili saxlayıb belә ifadәlәrin işlә bir araya sığmadığını bildirir),
mәn insanların müdafiәçisi kimi sizә ürәyimlә müraciәt edirәm...
Bu cinayәt işi haqda çox düşünmüşәm vә indi soruşuram: onlar
nәdә ittiham olunur? Fәrarilikdә... Amma bu vaxta qәdәr biz

205
   200   201   202   203   204   205   206   207   208   209   210