Page 194 - Yuri Trifonov
P. 194
i Trifonov
Sonra Şuraya bunları da söylәyir:
– Aleksandr, sәn niyә hәmişә öz cızığından çıxırsan? Lap
köhnә zamanlardan yaxşı xatırlayıram, sәn hәmişә nizam-intizama,
kollektiv rәyә çәtin tabe olursan. Niyә?
Şura isә teatra yox, mәhkәmә işindә iştirak etmәyә gәldiyini
deyir. “Әgәr burada qabaqcadan mәşq edilmiş tamaşa oynanılacaqsa,
o zaman mәni kәnarlaşdırın.” Heç dә düz deyil. Tamaşanı “Pol-
kovnik Miqulin” mәqalәsinin müәllifi istәyirdi. Amma başqa cür
alındı. Tamam başqa cür. Nә cür alınacağını isә Şura bilmirdi. Yanson
әsәbi halda әmin edir: fikir elәmә, әsl mәhkәmә keçirilәcәk, ittihamçı,
müdafiәçi, mәhkәmә üzvlәri olacaq, kütlә vә jurnalistlәr gәlәcәk.
Amma onun – Yansonun qabaqcadan dediyi fikirlәr dәqiq idi.
Miqulin xәyanәt üstündә mühakimә edilmәliydi.
– Sәn belә hesab etmirsәn?
– Bilmirәm. Elә ondan ötrü gәlmişәm ki, öyrәnim.
Mübahisә kәskinlәşdikcә, Şura zәncir gәmirirdi. Sonluq isә
fәlakәtli oldu: axşam Şura bir sıra mәsәlәlәrdә razılaşmadığı
üçün mәhkәmә üzvü olmaq öhdәçiliyini öz üzәrindәn atdığı
barәdә nifrәt dolu bir izahat verәrәk, çıxıb Penzaya getdi. Nәdә
razılaşmadığının incәliklәrini xatırlamıram. Şura riskli addım
atır. Onun yerinә mәn qorxuram. Şuranın qәfil gedişindәn sonra
elә bir an yarandı ki, Sırenko vә Yanson kükrәyәrәk onu hәbs
etmәk vә mәhkәmәyә vermәk haqda danışdılar. Әlbәttә, bu, cә-
fәngiyyat idi! Sonra, bәlkә dә, yaxşı oldu ki, razılaşdılar: o
ovqatda mәlum deyildi Şura mәhkәmәdә nә oyun çıxarardı...
Mәn isә Balaşovoda qalıram. Çünki hәlә qabaqcadan mәhkәmә
katibinin kömәkçisi tәyin edilmişdim. Çoxlu lüzumsuz süründür-
mәçilik, kağızlar, adlar içindә әllәşirdim. Miqulindәn savayı, on
iki nәfәr komandir vә onun yaxınları olan kazaklar da mühakimә
edilirdi, on-on beş şahid dindirilirdi. Elәcә dә Skvortsovun tutduğu
430 nәfәrin hәr biri tәqsirlәndirilәn şәxs qismindәydi, hamısı pay-
larına hansı qәrarın düşәcәyini gözlәyirdi.
Qaşqabaqlı, arıq, birdәn-birә qocalmış, hamının vәrdiş etdiyi
qara saçları qәfil ağarmış Miqulin hakimlәrin stolunun böyründәki
birinci skamyada oturmuşdu, coşqunluqla irәli әyilmişdi, çiyni
üstündәn zala baxır, gözlәriylә әtrafa boylanırdı. Miqulin Asyanı
194