Page 193 - Yuri Trifonov
P. 193
Qoca

– Burda nә var ki? Niyә qane elәmir axı? – Lev soruşur.
– Ona görә ki, mәhkәmә olmamış “İndi tamamilә aydındı...”
yazmaq olmaz.
– Başa düşmürәm...
– Әgәr “tamamilә aydındı”sa, onda mәhkәmәnin әhәmiyyәti
yoxdu. Bütün dünya mәhkәmәlәri aydınlığı üzә çıxarmaq üçün
tәşkil olunurlar.
– Bütün dünya mәhkәmәlәri bizi maraqlandırmır, – deyir
Lev. – İnqilab mәhkәmәsi heç birisinә oxşamır. Belә bir mәhkәmә
tarixdә olmayıb.
Lev – bu soyaddı? Nәsә, çağırmaq çәtindi, amma hamı vәrdiş
elәyib: Lev, Lev. Biz çoxdan tanışıq, artıq üç hәftәdi. Gah
Kozlovda görünürdü, gah da IX ordunun qәrargahında. Şura izah
elәyir: әgәr bilsәydi ki, işin mәğzi belәdi, bu mәhkәmә prosesindә
iştirak etmәkdәn imtina edәrdi. Lev soyuq bir tәzdә:
– Sizin razı olub-olmamağınızdan nәyinsә asılı ola bilәcәyini
düşünmürәm, Aleksandr Pimenoviç.
Hәmin o alatoran dan üzü, “Polkovnik Miqulin” mәqalәsiylә
bağlı müxbir Levlә xoşagәlmәz söhbәtdәn sonra hәr şey çәp-
köndәlәn getmәyә başladı. Şura hәmişәki kimi dәrhal hәr şeyin
әleyhinә çıxdı. Hәyәcandan vә hirsdәn az qala partlayırdı. Mәncә,
vaxtında bu mәsәlәyә nahaq baş qoşduğu üçün özünü lәnәtlәyirdi,
indi isә gücü çatanı edirdi ki, savaşıb, dağıdıb-töküb, çıxıb getsin.
O isә burada gәrәk idi – onun nüfuzu, katorqaçı kimi ad-sanı
mәhkәmәnin sanbalını artırırdı. Mәhkәmәnin iki nәfәr başqa
üzvü Kuban kazakıydı, sәdr köhnә partiyaçı Sırenko tәyin
olunmuşdu. Baş ittihamçı isә Yanson idi. O, Şuranın çoxdankı
tanışıydı. Bir-birlәriylә “sәn”lә danışırdılar. Yanson burada әsas
fiqur idi, bütün mübahisәlәr, didişmәlәr, narazılıqlar onunla
çözülürdü.
– Başa düş, dәlisoy inadkar, bu mәhkәmә hüquqi deyil, siyasi
anlam kәsb edir. Tәbliğat anlamı! Biz Miqulin haqda әfsanәni
darmadağın etmәliyik. Biz, birincisi – әks-inqilabçı kazak icmasına
zәrbә vurmalıyıq, ikincisi – bonapartizmә, üçüncüsü isә parti-
zançılığa.

193
   188   189   190   191   192   193   194   195   196   197   198