Page 188 - Yuri Trifonov
P. 188
i Trifonov
öz hәyatına sui-qәsddә şübhәli bildiyi iki kommunisti hәbs elәdi –
Loqaçevi vә Xarini. İşin içindә isә onların sui-qәsdinin hәqiqiliyini
tәsdiqlәyәn elә bir material yox idi. Miqulin bu kommunistlәri
girov elan etdi vә sovet ordusu tәrәfdәn ilk atәşә cavab olaraq
onları güllәlәmәklә hәdәlәdi. Hәbs olunmuş kommunistlәr bir
neçә gün әrzindә qızıl әsgәrlәrlә gedәsi oldular, onları istәnilәn
vaxt güllәlәnmәk tәhlükәsi gözlәyirdi vә bu adamlar yalnız bi-
zimkilәrin atәş açmasıyla baş verәn çaxnaşmada qaçmaq imkanı
tapa bildilәr...”
O isә yazır ki, guya mәhbuslar korpus sıralarında olublar vә
Maslyuk soruşanda ki, onlar hanı, Miqulin әlini arxasına
yellәyibmiş, yәni – burdadı. Ya Rәbbim, yaddaş etibarsız bir
şeydi. Köhnә kağızlar, qat kәsmiş ovulan sәnәdlәr, rәngi solmuş
mürәkkәb, “undervudun” solğun şriftlәri lazımdı... Amma bunların
hamısını ona göndәrmәk gәrәk deyil.
Pavel Yevqrafoviç cavab yazmaq üçün dәrhal masa arxasına
keçdi.
“Әziz Asya!
Dolğun, mәzmunlu xatirәlәrini mәnә göndәrdiyinә görә sәnә
tәşәkkürümü bildirirәm. Onlardan mәn çox maraqlı şeylәr әxz
elәdim, hәmin xatirәlәrin işığı...” Bu yerdә o, uzun zaman fikrә
getdi, bilmәdi hansı ifadәni işlәtsin: “bütün tarixi aydınladır”,
yoxsa “bütün gedişatı üzә çıxarır” vә ya sadәcә “hadisәlәri
göstәrir” yazsın. Amma xeyli fikirlәşәndәn sonra “bәzi tәfәrrüatların
qaranlığını әridir” yazmaq qәrarına gәldi. Ardınca “Don korpusunun
cәbhәyә daxil olması” sözlәrini yazdı vә yaxınlıqda haradasa
güllә sәslәri eşitdi. Buna fikir vermәdi, çünki korpusun әrazisindә
daim atışma olurdu. Nizam-intizam burada çox da yaxşı deyildi.
Növbәti cümlәni yenicә başlamışdı ki, iki atәş sәsi gurladı vә
düşündü ki, bu, beşaçılan deyil. Deyәsәn, ov tüfәngindәn atırlar,
özünә dә qәribә gәldi ki, hardandı bu ov tüfәngi? İncә qadın vә
ya cır uşaq sәsinә bәnzәr bir sәslә çığırırdılar. Pavel Yevqrafoviç
qәlәmi kәnara qoydu, tor maykada, zolaqlı pijama şalvarında
otaqdan çıxdı vә arxa qapıdan keçib böyük, ümumi dәhlizdәn
hәyәtә endi.
Bağın dәrinliyinә aparan yolun döngәsindә o, qapalı kuzovlu
yük maşını gördü. Maşının hәndәvәrindә bir neçә nәfәr toplaşmışdı,
188