Page 184 - Yuri Trifonov
P. 184
i Trifonov

çamadanımı oğurladılar, kağızlar da onun içindә. O zaman heç
kimi güllәlәmәdilәr, Skvortsovun hәrbi hissәlәrinә yüksәkçinli,
yuxarılarda oturan, kimliyini unutduğum bir hәrbi mәmurun
rәğbәti varmış, onu ikicә saniyәliyә – maşına oturanda görmüşdüm:
balacaboy, frenç geymiş, qarasaqqallı, pensnedә, mülki görünüş-
dәydi. Hәmin vaxt, әlbәttә, onun kim olduğunu bilirdim, indi
unutmuşam. O, tutulanların Balaşovoya aparılmasına, orada hәrbi
mәhkәmәdә mühakimә olunmasına sәrәncam vermişdi. Bu, onun
alicәnablığından irәli gәlmirdi, çünki dәrhal qәrara almışdılar ki,
meşәdә tәlәsik güllәlәmәkdәnsә, hay-küylü mәhkәmә prosesi
daha önәmli olar.

Elә o zaman mәni ondan ayırdılar, bir dә ancaq üç hәftәdәn
sonra görә bildim. Hökm oxunandan sonra isә görüş verdilәr.
Mәhkәmәnin necә keçdiyi sәnә mәlumdu. Sәn öz qeydlәrindә
mәhkumların hökm oxunandan sonra bütün gecәni inqilabi
nәğmәlәr oxuduğunu yazırsan. Mәn bilmirәm, bәlkә dә, belәdi,
amma bәzi şeylәr eşitmişәm, çünki gecәni hәbsxana divarının
yanında keçirmişәm, mәnә qırıq-qırıq da olsa, nәğmә sәslәri
çatıb vә orada kazak nәğmәlәri oxuyurdular: “Ah, doğma, şanlı,
sakit Don...” vә “Qartalı qәfәsdә necә saxlarsan?..” Sonuncu
nәğmәni Sergey Kirilloviç çox sevirdi, onu tez-tez oxuyurdu.
Doğrudur, onun yaxşı sәsi vә musiqi qabiliyyәti yox idi.

Pavel, soruşursan ki, mәhz sәnin Sergey Kirilloviç haqda
qeydlәr yazmağına mәn öz mәktubumda niyә tәәccüb edirәm.
Bu, düz deyil. Doğrudur, azacıq tәәccübüm var, amma bu, qeyd-
lәri oxuduqda keçirdiyim әsas hissim deyil – әziz bir insanın
adını xatırladığın üçün çox sağ ol, sәnә çox tәşәkkür edirәm.
Azacıq tәәccübüm ona görәdir ki, sәn özün 1919-cu ildә Balaşovoda
hәmin mәhkәmәnin katibliyindә olmusan. Xatırlayıram ki, sәn
mәhkәmә iclasının ilk günü vәkillә görüşmәyimә kömәk edә bil-
mәdin, dedin ki, gecdi. Ümumiyyәtlә, Pavel, mәnә elә gәlir, sәn
o zaman Sergey Kirilloviçin günahkar olduğuna inanırdın. Sәni
qınamıram, o zaman çoxları belә düşünürdü. İnsanlar müharibәnin
ab-havasındaydı, çoxları indiki kimi baş verәnlәrә sakitcә qiymәt
verә bilmirdi, hәr şeyi başqa cür görürdülәr.

Pavel, bu mәktublardan yorulmuşam vә hәmişә qorxuram ki,
nәlәrisә demәyә macal tapmayım. Sergey Kirilloviç haqda әn

184
   179   180   181   182   183   184   185   186   187   188   189