Page 187 - Yuri Trifonov
P. 187
Qoca

Miqulin qiyamçı elan edilir, ona qarşı güclü hәrbi birlәşmәlәr
yönәldilib. Onunla qanundankәnar bir şәxs kimi davranılacaq.
Qoşunlara xәbәrdarlıq edәrәk bildirin, Sovet Hakimiyyәtinә qarşı
silah qaldıranları yer üzündәn silәcәyik. Qan tökülmәsindәn qaç-
maq üçün sonuncu dәfә Miqulinә tәklif edirәm ki, qayıdıb öz
hәrbi borcunu yerinә yetirsin, yoxsa... İnqilab xaini hesab edilәcәk.
Әgәr özxoşuna tabe olsa, tәhlükәsizliyinә zәmanәt verirәm, әks
halda, mәhvi qaçılmazdı...”

Bu isә ittiham aktındandı:
“Keçdiyi yol boyunca etdiyi bu müraciәtlәrdә onun Kommunist
Partiyasını devirmәk istәmәsiylә bağlı mәqamlar var. Müraciәtlәrin
birindә deyilir: mәn sizin – qızıl әsgәrlәr nәzәrdә tutulur –
xoşunuz gәlmәyәn Sovet hakimiyyәtinә qarşı qiyam qaldırmışam...
O, öz sıralarına Sovet Rusiyasının başlıca bәlası olan fәrarilәri
çağırırdı, onlar Cәnub cәbhәsindә bizim mövqelәrimizi sarsıt-
mışdılar... Miqulin keçdiyi yollarda bizim Qızıl Ordu hissәlәriylә
bir neçә dәfә – bәzi deyilәnlәrә görә 4, bәzilәrinә görә isә 5 dәfә
döyüşә girmişdi. Mәlum olanda ki, Sovet hakimiyyәti partizan
döyüşlәrinә yol verә bilmәz, Miqulin silah gücünә cәbhәyә soxu-
lurdu... Avqustun 23-dә, axşamdan keçmiş Miqulinә mәlum oldu
ki, әgәr cәbhәyә girsә, qanundankәnar elan olunacaq... Qarşıdurma
nәticәsindә bizim ordumuzdan çoxlu ölәnlәr vә yaralananlar
vardı, Miqulin tәrәfdәn dә itkilәr olmuşdu. Bizim bu çәtin әmә-
liyyat fәaliyyәtimiz zamanı Miqulin telefon vә teleqraf xәtlәrini
qırmaq әmri vermişdi. Sübutlar var ki, Miqulin keçdiyi yolda
kommunistlәri vә bәzi kәndlilәri ona at-araba vermәdiklәrinә
görә hәbs etmişdi, hәtta güllәlәmәklә hәdәlәmişdi, doğrudu,
sonra onları buraxmışdı. Yolları üstündә bir zavod qarәt olunmuşdu,
rәhbәrindәn böyük mәblәğdә pul götürülmüşdü. (Asyacan, gö-
rürsәnmi, bu dәlillәr nәdәnsә sәnin yadına düşmәyib. Bizim
insan yaddaşımızın möcüzәsi ondadı ki, bәzi şeylәri heyrәt do-
ğuracaq bir şәkildә xәlbirlәyib üyütmәyә, bәzilәrini isә qoruyub
saxlamağa qadirdi!) Cәbhәyә yaxınlaşmaq әrәfәsindә Miqulin,
vәziyyәtinin kifayәt qәdәr pislәşdiyini hiss edәndә oyunu uduz-
duğunu görüb, vurnuxmağa başladı, amma bununla belә, dinc
yolla tәslim olmaqdansa, davam etmәyә cәhd göstәrdi... Miqulin

187
   182   183   184   185   186   187   188   189   190   191   192