Page 183 - Yuri Trifonov
P. 183
Qoca

mirdi. O, ölümdәn heç vaxt qorxmurdu. Baş verәnlәri anlada bil-
mәdiyinә görә boğulurdu. Alay komandirlәrindәn biri – Maslyuk
özünü çox kinli vә hәqir kimi aparırdı. At belindә gәlәrәk, yara-
maz bir aktyor kimi qeyri-adi tәkәbbürlә gülümsәyib soruşdu:
“Siyasi şöbәnin işçilәri hanı? Sağdılar?” Sergey Kirilloviç: “Hә,
sağdılar” – dedi. Әlini arxasına yellәdi. İki siyasi işçini girov
qismindә gәtirdilәr. Sergey Kirilloviç arabada oturmuşdu. Masl-
yuk pörtә-pörtә bağırdı: “Mәnimlә danışanda, ayağa dur, alçaq!”
Vә qolaylandı ki, onu vursun. Sergey Kirilloviç dartındı, mәn
qorxdum, o, özünü әlә aldı vә sakitcә dedi: “Vanka, sәn nәrildәmә.
Yaxşısı budu, “Barınya”1 çal...” Mәn, hәtta bilmirәm, o, nәyә görә
“Barınya”1 çal...” dedi. Amma bu, yaddaşımda çox gözәl qalıb.

Sergey Kirilloviçin nifrәti belәydi! Sonra bu Maslyukun başı-
na nә gәldiyini bilmirәm. Mәncә, hәlak oldu. Onun şişman sifәti
heç yadımdan çıxmaz, o, necә dә Sergey Kirilloviçә yuxarıdan-
aşağı baxırdı vә hәzz ala-ala deyirdi: alçaq! Maslyuk, Sergey
Kirilloviçin vә bir neçә komandirin güllәlәnmәsini tәlәb edirdi,
onların yerindәcә güllәlәmәk ixtiyarları vardı vә istәyirdi ki,
bundan istifadә edib, briqada komandiri Skvortsovu basmarlasın.
Sergey Kirilloviç özünü sakit aparırdı. Mәn göz yaşlarımı saxlaya
bilmirdim. O, mәni sakitlәşdirәrәk, ölümündәn sonra neylәmәli
olduğumu, qoyub gedәcәyi miraslarla necә davranmaq lazım
gәlәcәyini deyirdi. Ya Rәbbim, mirasdan danışırdı! Әslindә isә
onun heç nәyi yox idi. Bu adam az qala әlli yaşı haqlamışdı, nә
evi vardı, nә pulu, bir cüt çәkmәdәn, zolaqlı kazak şalvarından,
atından vә silahından başqa, heç bir dәyәrli әşyası, hәtta indi әn
yoxsul kazakın belә malik olduğu torpaq payı belә yoxuydu.
Әvәzindә hansısa kağızları, qeydlәri vardı, üstündә әsirdi, Moskva-
da kimәsә çatdırmağı xahiş edirdi, amma kimә? – yadımdan
çıxıb. Mәncә, bu kağızlarda kazak özünüidarәsi haqda vә ümu-
miyyәtlә, Don vilayәtinin quruculuğu barәdә fikirlәri qeyd olun-
muşdu. Sonra bütün bunlar yoxa çıxdı. Heç vaxt özümә bağışla-
mayacağam. Balaşovodan Moskvaya gәlәndә, әşyalarım olan

1“Barınya” – rus xalq rəqslərindən birinin adı (tərc.)

183
   178   179   180   181   182   183   184   185   186   187   188