Page 179 - Yuri Trifonov
P. 179
Qoca
Bu, mәnә sadәlövhlük kimi göründü. Әslindә mәn,
ümumiyyәtlә, dәhşәt içindәydim. Hiss edirdim ki, nәsә çox
dәhşәtli bir şey yaxınlaşmaqdadı. O, dәstәyi aparatın üstünә
qoyub: “Vәssalam!” dedi. Sonra mәndәn necә danışması barәdә
soruşdu. Dedim ki, çox yaxşı vә sәrt danışdın. O, mәmnun oldu.
Mәhz bunu bilmәk istәyirdi ki, doğrumu hәrәkәt edib? Sonra
sutkalarla sürәn әzabları, tәrәddüdlәri başladı. Gah hücum etmәk
qәrarına gәlirdi, gah da fikrindәn daşınırdı. Yeri gәlmişkәn, ona
tәsir edәn hәm dә Danilovun Penzada olması haqda mәhz
Yansonun xәbәr vermәsiydi. O, sәnin dayınla söyüşsә dә (o,
kiminlә söyüşmürdü ki?), ona hörmәti vardı, mәn buna indiyә
qәdәr әminәm, onu yanımızdan başqa yerә köçürәndә, bilirәm
ki, gizli xiffәt çәkmәyә başlamışdı. Hiss edirdi ki, onsuz çәtin
olacaq, amma neylәsin, belә alınmışdı. Deyirdi ki, “ala-bula”
siyasi şöbәdә olsaydı, onu partiyaya qәbul edәrdilәr, gәnc miskinlәr
isә onu mәhv etmәk arzusuna düşmüşdülәr. Nәdәnsә dayına
“ala-bula” deyirdi. Üzü tamam yadımdan çıxıb, xatirimdә qalan
odu ki, cantaraq, başıqırxıq birisiydi. Hә, mәnimlә mükalimә
aparıb deyirdi: “Әgәr Danilov Penzadaydısa, niyә telefona yaxın-
laşıb bir-iki kәlmә danışmadı?” Bu, ona tәsadüfi görünmürdü.
Fikirlәşirdi ki, onu Penzaya çağırmaq üçün Danilov öz üzәrinә
mәsuliyyәt götürmür, çünki başqalarına etibar elәmir. Bilmirәm,
hәqiqәtdә nә olmuşdu vә nәdәn Danilov onunla danışmaq istә-
mirdi. Axı Yanson iki dәfә zәng etmişdi, Sergey Kirilloviç hücum
haqda әmr verdiyi növbәti gün bir dә telefon açmışdı. İkisi dә
artıq kobud vә әsәbi danışırdılar, Yanson Sergey Kirilloviçi qa-
nundankәnar elan etmәklә tәhdid edirdi, o isә cavabında ağır
söyüşlәr söyürdü. Amma birbaşa rabitәylә ilk danışıqdan sonrakı
әrәfәdә vәziyyәt belәydi: kimsә vaqonun pәncәrәsindәn içәri
zәrf atmışdı, mәn döşәmәdәn taparaq oxumuşdum. Böyük çap
hәrflәriylә yazılmış bircә sәtir yazıydı: “Penzaya getmәyin. Hәbs
edib öldürәcәklәr”. Burada mәn hәyәcanla düşünmәyә başladım:
nә etmәli? deyimmi ona? Nәdәnsә, bu mәktuba görә dәrhal
qәrargahda xoşum gәlmәyәn bir nәfәrdәn şübhәlәnmәyә başladım.
O, hәmişә Sergey Kirilloviçi siyasi şöbәdәkilәrin әleyhinә
köklәyirdi, hücuma ruhlandırırdı, ümumiyyәtlә, yaxşı söhbәtlәr
179