Page 173 - Yuri Trifonov
P. 173
Qoca

Bu vaxt nә Şura, nә dә mәn artıq Saranskda deyildik. Koz-
lovdaydıq. Hәr şeyi sonradan qәrәzli vә mötәbәr olmayan söhbәtlәr
әsasında öyrәndik.

Budur, Moskvadan – Kazak şöbәsindәn olan qasid
Kazımbetovun mәruzәsindәn. O, korpusda bir neçә gün olmuşdu:
“Yoldaş Miqulin bir şәxsiyyәt kimi Cәnub cәbhәsindә – hәm
qırmızılar, hәm dә ağlar arasında böyük nüfuza malikdir... Onun
adı düzlüyә, Sosial inqilab işinә vә zәhmәtkeşlәrin maraqlarına
sәdaqәtә görә şan-şöhrәtlә, şәrәflә әhatә olunub... Miqulin yeganә
şәxsiyyәtdir ki, kazakların general-mülkәdar vә әks-inqilabçılıq
boyunduruğundan xilas olmasına ümid vә etibarla baxır. Özünün
düşünüb tapdığı, hәrdәnbir işlәtdiyi “saxta kommunistlәr” ifadәsinә
baxmayaraq, ondan inqilab üçün bacarıqla istifadә etmәk lazımdı.”
Daha sonra, daha sonra!.. “Belәliklә, etimadsızlığa ilk sәbәb –
ümumiyyәtlә, onun populyarlığıdır...” Daha sonra. Korpusdakı
ab-hava haqda... Budur! “Korpus formalaşmayıb vә bu iş çәtin
gedir. Qızıl Ordu әsgәrlәri siyasi işçilәrә siyasi işçilәr isә yoldaş
Miqulinә qarşı silahlanıblar. Miqulin hiddәtlәnir ki, ona – sağ-
lamlığını cәbhәdә itirmiş birisinә, Sosial inqilabın әsl mübarizinә
nәinki etibar etmirlәr, hәm dә çalışırlar mәzara sürüklәyәlәr. Onun
düşüncәsinә görә, haqqında әsası olmayan donoslar çatdırırlar,
nәticәdә tәqib olunan vә ümidsiz bir insan tәәssüratı bağışlayır.
Son vaxtlar hәbs edilmәkdәn vә ya sui-qәsddәn qorxan yoldaş
Miqulin öz yanında daim mühafizәçilәr saxlayır. Siyasi işçilәr
ondan qorxurlar. Qızıl әsgәrlәr Miqulini istәnilәn “sui-qәsd”dәn
qorumağa coşquyla hәr an hazırdılar. Fikrimcә, Miqulin Qri-
qoryevә oxşamır vә avantüradan uzaqdı, “qriqoryevçilik” isә
süni olaraq hazırlanır. Bәlkә dә, Miqulin cәsarәtli bir jest etmәyә
mәcburdu...”

Qaranlığa qәrq olmuş Rostovun gözdәniraq evlәri, çәpәrlәr,
şaxtalı gecә, pәncәrәlәr arxasındakı isti otaqlarda yandırılmış
balaca şamlar.., insanlar miladı qeyd edirlәr, bizdәn heç kimin
xәbәri yoxdu. Döngәlәrin birinә tәpilәrәk, bir alaqapını vurub
aşırdırıq. Gün әrzindә sәksәn verst yol yortduğumuzu hiss
etmәmişik! Buraya Naxçıvan tәrәfdәn axışmışıq. Valtasar şәnliyinә
tәlәsirmiş kimi tökülüşmüşük. Pәncәrәsindәn işıq vә qarışıq

173
   168   169   170   171   172   173   174   175   176   177   178