Page 167 - Yuri Trifonov
P. 167
Qoca

edirәm!” Tanış vә yalan sözlәrdi, özümsә fikirlәşirәm ki, bizim
bu şeylәrә necә dözdüyümüzü... hansı qüvvәlәrin bizi parçaladığını...
onlar sonra heç vaxt başa düşmәyәcәklәr... Miqulin ona görә
hәlak oldu ki, taleyüklü hәlledici anda göylәrdә isti vә soyuq
axınların güclü toqquşması baş verdi, hәr biri bir qitә boyda olan
iki bulud – inam vә küfr – onu sürüyüb apardı, içindә istiylә
soyuğun, etibarla inamsızlığın bir-birinә qarışdığı fırtınalı külәklә
apardı, belә qarışıqlardan hәmişә ildırımlar çaxır vә leysanlar
bürüyür yer üzünü. Bu amansız bürkü dә belә bir leysanla sona
çatacaq. Ömrüm çatsa, belә bir sәrinlikdәn hәzz alacağam. Biz
Qalyayla söhbәtxana köşkündә durmuşuq. Buraya yağışdan qaçıb
sığınmışıq, gur leysan qalın tol örtüklü damı döyәclәyir. Bağı
bәyaz bir duman kimi su çilәntisi bürüyüb. “Mütlәq danışmaq
lazımdı! Bağda, saat ikidә”.

Leysan, söhbәtxana köşkü, Qalinanın islaq donu, çöhrәsindәki
qorxu – hәr şey gimnaziyadakından çox-çox uzaqdı. Burada gö-
rüşlәr tәyin edilәrdi. Bıçaqla adlar qazılardı gövdәlәrә...

– Nә baş verib?
– Pavlik, mәn yenә ona görә qorxuram! O, Loqaçovla, Xarinlә
çox pis ağızlaşdı... Kimisә öldürmәklә hәdәlәdi...
Ya Rәbbim, mәn dәhşәtdәn titrәyirәm. Qalya mәndәn ötrü
yox – kimdәn ötrüsә qorxu içindәdi! Özgәdәn ötrü ağlayır. Lal
olmuş dodaqlarımdan bir sual qopur:
– Sәn onu belәmi sevirsәn yәni? – Qәribәdi: guya onun kim
olduğunu bilirәm, eyni zamanda heç nә anlamıram. Dәlicәsinә
özümә qapılıram, fәhm etmәyә çalışıram ki, axı bu qәdәr yaxşı
tanış olan hәmin adam kimdi?!
– Bәyәm görmürsәn? Onsuz yaşaya bilmirәm.
Birdәn görürәm ki, Qalya deyil, Asyadı. Köşkdәki Asyadı!
Qәza hәrbi rәisinin bağ evinin hәyәtindәki söhbәt köşkündәyik.
O, mәni kağız yazıb çağırıb. Bu, artıq Miqulinin Moskvaya
ikinci – iyul sәfәrindәn sonrakı dönәm idi, MK-dakı Kazak
şöbәsindә danışıqlardan sonra gümrah qayıtmışdı, çünki qiyamçılara
qarşı tәşkil olunmuş xüsusi korpus artıq әhәmiyyәtini itirmişdi,
döyüşlәr şimala keçmişdi, Denikin Don sahillәrini, Çaritsını,
Xarkovu tutmuşdu. İndi artıq qiyamçılarla deyil, Denikinlә

167
   162   163   164   165   166   167   168   169   170   171   172