Page 165 - Yuri Trifonov
P. 165
Qoca

süngüyә malikdi, onların arasında beş minә qәdәr müdavim var
vә hәmin korpus cәbhәnin döyüş vahidlәrindәn biridi. Әgәr bu
mәlumatlar sizә verilibsә, mәn bütün bunların hәqiqәtlә tam
ziddiyyәt tәşkil etdiyini nәzәrinizә çatdırmağı öz inqilabi borcum
bilirәm. Bunu yolverilmәz hesab elәyirәm, belә ki, bu mәlumatları
müsbәt bir hal kimi qәbul edәrәk hәqiqi tәhlükәyә göz yumuruq,
başımızı yastığa qoyub vaxtında ölçü götürmürük, nәsә ediriksә
dә, gecikmiş olur. Mәn sosial hәyatın gizli, hәm dә dar partiya
proqramı çәrçivәsindә quruculuğunun tәrәfdarı deyilәm vә olma-
mışam, aşkarlıq şәraitindә xalqın canlı iştirak edәcәyi quruculuğun
tәrәfdarıyam. Burada burjua vә qolçomaq ünsürlәrini nәzәrdә
tutmuram. Yalnız belә bir quruculuq kәndli kütlәlәrinin vә әsl
ziyalı tәbәqәsinin rәğbәtini qazana bilәr. Bildirirәm ki, 145
verstlik cәbhә boyunca xüsusi korpusun cәmi üç minә qәdәr
süngüsü var. Hissәlәr üzülüb әldәn düşüb. Üç kursu çıxmaq
şәrtiylә qalan müdavimlәr tәnqiddәn dә aşağı sәviyyәdәdi, minlәrlә
adamdan yüz nәfәrlәr, on nәfәrlәr qalıb ki, onlar da miskin
vәziyyәtdәdi. Kommunist polku qaçıb dağılıb; onun tәrkibindә
tüfәngi doldura bilmәyәn adamlar vardı. Xüsusi korpus sipәr
rolunu oynaya bilәr. Xüsusi korpus vәziyyәtdәn yalnız onunla
xilas olar ki, sәfәrbәr edilmiş kazaklar Xopyorsk dairәsindәn çı-
xarılsın. General Denikinin bu dairәylә bağlı nәzәrdә tutduqları
tamamilә özünü doğrultmadı. Ağqvardiyaçılar bu boşluğu dolduran
kimi, xüsusi korpus bir sipәr olaraq yarılacaq. Dondakı bir sıra
inqilab komitәlәrinin, xüsusi şöbәlәrin, tribunalların vә bәzi ko-
missarların fәaliyyәtlәri nәinki hamını bircә-bircә üsyana qaldırıb,
hәm dә bu üsyanın dalğalarının respublika boyunca kәndlәrә
geniş yayılmaq tәhlükәsini yaradıb. Desәk ki, Novaya Çiqla,
Verxo-Tişanka vә başqa kәndlәrdәki xalq mitinqlәrindә “çarı
qaytarın!” sәslәri açıq-aydın yayılırdısa, böyük sayda fәrarilik
edәn, yaşılların dәstәlәrini formalaşdıran kәndli güruhlarının ov-
qatını başa düşmәk olar. Terse çayı sahilindә – İlovatkada üsyan
hәlә baş qaldırmayıb, amma Saratov quberniyasının әksәr qәza-
larında güclü çaxnaşma sәbәbindәn sosialist inqilabını bütünlüklә
iflas gözlәyir. Mәn partiyalı deyilәm, bitәrәfәm, amma sosialist
inqilabı uğrunda canımı qoymuşam, Denikinin qırmızı әmәk

165
   160   161   162   163   164   165   166   167   168   169   170