Page 161 - Yuri Trifonov
P. 161
Qoca

Don mәhv olur, onu xilas etmәk lazımdı. Burdasa ümidsizlikdir...
Risk böyükdü, amma az da olsa, şans var. Sokolskinin beyni işlә-
yir, Kuptsov vә Xutoryanskinin fikirlәrisә әtalәt içindәdi, fәrq
bundadı. Özünü inandırmaq ki, o, bizim tәrәfimizdәdi – bu, xül-
yadı. Amma bütün bunları söylәmәk olmaz. Mәn başımla tәsdiq-
lәyirәm: hә, hә, tәbii ki, Sokolski inad göstәrib, teleqram göndәrib.
(Bәs neylәmәk olardı?) Mәnim sәmimi anladığım budu: burada
böyük bir dolaşıqlıq var! Mәn çaşmışam. Bilib-anladıqlarım elә
dolaşıq olub, elә qarışıb ki, sanki düşüncәmdә tәbәqәlәşmә gedib,
onlar bir-birinin üstünә qalaqlanıb vә illәrlә bir-birinә qaynaqlanıb.
İndi, aradan bir ömür keçәndәn sonra o vaxt necә fikirlәşdiyim
aydın deyil. Belәmi anlayırdım, görәn? Beynimdәkilәr qarışıb
bütün. Yox, on doqquzuncu ilin yayında nәsә ayrı şeylәr baş
verirdi. Bunun üçün dә Asyayla danışanda hәr şeyi axıracan
çözmürdüm, ehtiyat edirdim, çünki mәnim dә içimdә müәyyәn
qәdәr kin-küdurәt yuva bağlamışdı, sonra isә etibarsızlıq onu
әvәzlәyib mәnәvi әzaba çevirdi. Bәlkә dә, cüziydi bu hiss, amma
vardı... Çox az hissәsi bu xıltdan arınmışdı. Of, bütün bunlar bu-
günkü işlәrdi, bugünkü! Aradan bir ömür keçәndәn sonrakı! O
zaman isә, o... yox, o deyil... O zaman... On doqquzun baharıydı:
Denikin hücum etmişdi, üsyan alovlanmışdı... Miqulini Moskvaya,
sonra Smolenskiyә geri çağırmışdılar... Onda etibarsızlıq aktı
sanki hüquqi gücә malik idi, başqa heç bir sübuta ehtiyac qalmırdı.
Aradan götürüblәrsә, demәli, sәbәb var. Kazak qiyamı vaxtı Mi-
qulini Don sahilindә saxlamaqmı? Keçini bostana buraxmaqmı?
Onun hәr şey etmәyә, qiyamı söndürmәk, yatırmaq üçün hәya-
tını vermәyә qadir olduğunu anlamırdılar... O, bütünlüklә ömrü-
nü bu sәmtә yönәltmişdi... Onun başqa bir hәyatı yoxuydu...
Bәdbәxtliyi isә ondaydı ki, hәr şeyi birbaşa hayqırırdı. Ağzı kö-
püklәnә-köpüklәnә, әlindә siyirilmiş qılınc, müdafiәyә qalxırdı.
Hәtta yaxşı anlamadığı mәsәlәlәrdә dә inadkarlıq göstәrirdi. O,
xalq nümayәndәliyi haqda bağırırdı. Maksimalizm barәdә hayqırırdı.
Anarxo-kommunistlәrdәn danışıb hay-haray salırdı. Mitinqlәrdә
çığırırdı ki, komissarların hamısı igid, xeyirxah deyil, qorxaqlarına
da rast gәlinir. Yaxasını yırtırdı ki, heç dә kasıbların hamısı yaxşı
adam olmur, aralarında pislәri, qatillәri, qaniçәnlәri dә var. Bir

161
   156   157   158   159   160   161   162   163   164   165   166