Page 159 - Yuri Trifonov
P. 159
Qoca

qәdәr qәribә dәyişikliklәrә uğrasa da, – buna axmaqcasına tәәccüb
etmәyә dәyәrmi? – macal tapıb soruşuram:

– Niyә mәnimlә yad kimi davranırsan? Nә baş verib axı?
– Heç nә... – Köhnә zamanlarda olduğu kimi yüngülcә
gülümsündü, dәrhal da qaşqabağını tökdü. – Bilmirәm, sәnin
Sergey Kirilloviçә münasibәtin necәdi.
– Ah, demәli iş bundaymış?
– Hә.
– İnsanları bu prinsiplәrlә bölürsәn?
– Elәdi.
– Hәr şey aydındı, amma mәni bağışla... – Gözüm kәllәmә
çıxdı, söz tapa bilmәdim, donquldandım: – Çox qәribәdi, sәn
özünә bәnzәmirsәn. Sәni tanıya bilmirәm.
– Bu, başa düşülәndi. Keçmişdәn mәndә әsәr-әlamәt qalmayıb.
Sәn görәn qız çoxdan ölüb, – Asya rәhmsizcәsinә söylәyir.
Görәsәn, heç bu Asyadı? Ona baxıb buz kimi oluram. – Yәqin,
bu cür “ölümümdә” sәnin dә әlin var. Mәn heç vaxt Sergey
Kirilloviç kimi insana rast gәlmәmişәm vә artıq hәyatım tamamilә
başqadı. O, bәnzәrsizdi, başa düşürsәn? Sәninlә mәnim kimi
deyil, hamıdan seçilir. Onunla birgә olduğuma görә dәyişmişәm.
Vә әlbәttә, onun düşmәnlәri, bәdxahları, paxıllığını çәkәnlәr var,
sadәcә elә әclaflar var ki, ölümünü istәyirlәr...
– Ümidvaram, mәni bu qisim insanlara aid etmirsәn.
– Bu qismә yox. Amma Pavlik, düzünü deyirәm, sәnin
sәmimiliyini hiss elәmirәm... Mәn lap it kimi hәssasam, dediyimi
sәndә duya bilmirәm...
Sonra yavaş-yavaş qırışığı açıldı, Serpuxovdakı, Kozlovdakı
mәşәqqәtlәrdәn söz açdı, ali rәhbәrliyin Fәhlә-Kәndli Qızıl Or-
dusunun qәrargahına çağıraraq, azad olunmuş dairәlәrin
kazaklarından ibarәt süvari diviziya formalaşdırılmasıyla bağlı iş
vәd etdiyi Moskva sәfәrindәn danışdı. Sergey Kirilloviç razılaşıbmış,
sonra nәdәnsә elә bil hәr şey dalana dirәnib vә Smolenskә
göndәrilmәsiylә nәticәlәnib... Belә tәhqir vә aşağılama dözülmәz
bir şeydi, Sergey Kirilloviç özünә yer tapa bilmirdi. Yaşamaq
hәvәsi ölmüşdü. Asya onun üçün çox qorxurdu: axı artıq intihar
hәddinә çatmışdı. Tәsәvvür edin: çılğın, igid, gücü-qüvvәsi aşıb-

159
   154   155   156   157   158   159   160   161   162   163   164