Page 154 - Yuri Trifonov
P. 154
i Trifonov

hücumdaydı, amma elә bil bütün cәbhә bu xәbәrdәn üstü tәzәcә
tikilmiş yara kimi sәyriyirdi. Tambov vә Kozlov tutulmuşdu. Vә
qәfil gecәyarısı qasid teleqram gәtirdi: Miqulinin korpusu Saransk-
dan cәbhәyә sarı hәrәkәtdәdi! Bütün әmrlәri pozub. Özbaşına bir
hәrәkәt. Bu, satqınlıqdı? Süngünün üzünü çevirib? Denikinlә
birlәşәcәkmi? Xәbәrdarlıq edilәnlәr baş verirdi yoxsa?

Çölün düzündә yanmış otların iyi, yovşanların qoxusu gәlәn
dәhşәt dolu, hәm dә aydın bir gecәydi. Doğrudanmı Asya da
onlarladı? – ilk ağlıma gәlәn bu fikir oldu. O, getdikcә mәndәn
daha çox uzaqlaşır: ucu-bucağı görünmәyәn mәkanlara gedir.
İndi elә bir hüdudlara gedir ki, ora süngü vә ölümdәn başqa heç
nәylә әl çatmaz. Özünü aldatmaq lazım deyil. İlkin düşüncәm
mәhz belәdi: süngü vә ölümlә. Hәtta bir saniyәlik sevinc, ümid
anı işarır, belә ki, yol görünür, çünki dәrhal inanmışdıq. Cәbhәnin
siyasi şöbәsindәn bәzi adamlar, Kozlova soxulmaq istәyәn hansısa
davakar, çığırqan, yaralı bir komandir vә orada yerlәşәn, indi
yeri bilinmәyәn, şimala üz tutan Cәnub Cәbhәsi qәrargahından
Mamontovun hәrәkәtiylә aralı düşәn Şuradan başqa bizim
hamımız, dәrhal bu yeniliyә inandıq. Cәnub Cәbhәsinin әmriylә
Miqulin satqın adlandırılmışdı vә qanundankәnar elan edilmişdi.
Bizimlә cavan bir keşiş dә gecәlәyirdi. Yox, keşiş deyildi,
seminariyaçıydı. O, havalıydı, hәmişә nәsә çәrәnlәyә-çәrәnlәyә
astadan gülür vә ağlayırdı. Heç kim ona fikir vermir, dediklәrinә
qulaq asmırdı. Bir quş kimi küncә qısılıb cikkildәyirdi. O, ucaboy,
cılız bәdәnliydi, birdәn mәnә yaxınlaşaraq yanımda çömbәlib
oturdu, kәdәrlә, mәnalı-mәnalı vә barmağıyla hәdәlәyәrәk dedi:

– Hәmin ulduzun adı yovşandı, başa düş... Su da yovşana
çevrilib, insanlar isә acı-acı ölürlәr...

Bu ifadә mәni şaşırtdı: ulduz – yovşan. Bunun Bibliya
mәtnlәrindәn gәldiyini bilmirdim, sonralar izah etdilәr. Vә qәribә
dә olsa, hәmin izahatı siyasi şöbәdәn bir nәfәr savadlı adam
vermişdi, mәn isә boş şey, cәfәngiyyat kimi qәbul etmişdim.
Hardasa cәnubda onun bütün ailәsini öldürmüşdülәr. Ona görә
belә edirdi. Amma kimin öldürdüyünü anlaya bilmirdik: ya ağlar,
ya Qriqoryevçilәr, ya da Maruska Nikiforova kimi birisi etmişdi
bunu. Bu maruskalar gizli-aşkar artıb çoxalmışdılar, hәr bandit

154
   149   150   151   152   153   154   155   156   157   158   159