Page 152 - Yuri Trifonov
P. 152
i Trifonov
– Doğrudan? Nә danışırsız! – Baldız özünü elә göstәrdi ki,
guya heyrәti birә-beş artdı, sanki yenilik eşidib, әslindә bu barәdә
dәfәlәrlә danışıb mübahisә etmişdilәr. – Doğrudanmı, Nikolay
Erastoviç, sizin kimi elmli bir adam, Tanrıya inanırsız? Hәyatı
boyu ola bilmәz! Qәtiyyәn razılaşmaram! Cәfәng şeylәr danışırlar!
Nikolay Erastoviçin dodaqları titrәdi, üzü sәyridi, qarşısındakı
çiyәlәk dolu qaba gözünü zillәyib bircә dәqiqәlik oturdu vә
durub aynabәnddәn evә girdi.
Veroçka tәlaşla pıçıldadı:
– Lyuba, sәn niyә ağzının danışığını bilmirsәn?..
– Nә dedim axı? Mәn sadәcә heyrәtә gәlmişәm...
– Heyrәtә-zada gәlmәmisәn, sәn bu barәdә çoxdan bilirsәn,
özünü bicliyә vurma. Hәr ikiniz – sәn dә, atam da yaxşı iş gör-
mürsüz, hәmişә hәr şeyi açıb-ağardırsız... Başqalarına, özgә ya-
naşmalara hörmәt etmәk lazımdı... Bu cür qәlbә dәymәk yaramaz...
– Qәlb var ki?! – Pavel Yevqrafoviç qışqırdı vә әlağacıyla
döşәmәni taqqıldatdı.
Veroçka ağır bәdәnini gücü çatdığı qәdәr çevik hәrәkәtә
gәtirәrәk tez-tәlәsik ayağa durdu, son dәrәcә әsәbi halda atasına
baxdı, eşitdiklәrinin tәsirindәn sanki dili tutulmuşdu, әrinin
ardınca o da aynabәndi tәrk etdi. Valentina da bulaşıq qab-qacağı
yığışdıraraq getdi. Viktor bağa qaçdı, Pavel Yevqrafoviç aynabәnddә
baldızıyla tәk qaldı, onunla isә danışmağa sözü-söhbәti yox idi.
– Veranın qalxanabәnzәr vәzisini müalicә elәmәk lazımdı, –
baldızı dedi.
Pavel Yevqrafoviç dinmәdi. Baldızı onu qıcıqlandırırdı.
Bütünlüklә әsәbilәşdirirdi. Ona tәrәf baxmadı vә çәrәnlәdiklәrini
qulaqardına vurdu. Aynabәndin qara şüşәsinә abajurun, süfrәnin
vә beli donqarmış, çiyinlәri sallanmış, masanın arxasında oturmuş
bәyaz kәkilli qocanın әksi düşmüşdü. Sonra baldızı getdi, o, bir
qәdәr tәk oturdu, qapı açıldı vә Nikolay Erastoviç ağzında papiros
otaqdan çıxdı, demәli, bağa düşәcәkdi, evdә çәkmәyә icazә veril-
mirdi. Amma getmәyә tәlәsmirdi, aynabәnddә durmuşdu,
hәyasızcasına tüstünü әtrafa pilәyirdi vә astadan dedi:
– Sәdaqәtli xidmәtinizә görә sizi yaxşıca mükafatlandırıblar...
Pavel Yevqrafoviç içinin nifrәtdәn titrәdiyini hiss elәdi. Amma
hansı nifrәtdәn – anlamadı: bu, ya Nikolay Erastoviçә olan
152