Page 150 - Yuri Trifonov
P. 150
i Trifonov

bağlı saxlayırdılar. Bu, az kömәk edirdi. Acı vә dәhşәtli qoxu
onsuz da hiss edilirdi. Aynabәndә gәlәnlәrә, gedәnlәrә daim:
“Qapını, qapını!.. Qapını örtün!” qışqırırdılar. Ruslan Eqorevskiyә
yanğınsöndürәn qismindә getmişdi, bu, onun növbәti axmaqlığıydı,
amma, görünür, mәsәlә ciddiydi, torf yanırdı, söndürmәk isә son
dәrәcә çәtin idi, çünki yanğın dәrinlikdәydi; Ruslanın olmaması
üzündәn Nikolay Erastoviç kişiyә aid әsas işi – camaatı әylәndirmәyi
öz üzәrinә götürmüşdü vә yanğın haqda yeniliklәri çatdırırdı.
Әslindә bunlar yeniliklәr deyil, mülahizәlәr idi. İki il әvvәl indiki
quraqlıq haqda öncәdәn xәbәr vermiş altaylı qoca barәdә danışırdı.
Ümumiyyәtlә, öncәgörmәlәr, hava proqnozları barәdә mülahizәlәr
söylәyirdi.

– Deyirlәr, Kәnd Tәsәrrüfatı Nazirliyi hәmin qocayla әmәlli-
başlı mәslәhәtlәşir. Vә o, hәr şeyi dәqiq bildirir. Heç bir dәfә dә
olsun yanılmayıb...

Baldızın heyrәtdәn gözü kәllәsinә çıxdı, elә küt idi ki, hәr
cür cәfәngiyyata inanmağa hazır idi, әlbәttә, Vera uşaqların
atasına mәftunluqla baxırdı, elә o birilәr dә hәmçinin, yәni masa
arxasındakı Myudayla Viktor, Valentina da bu çәrәnçi boşboğazı
maraqla, acgözlüklә dinlәyirdilәr. O isә elә basıb-bağlayırdı ki!
Guya öncәdәn xәbәrvermә sahәsindә elm öz gücsüzlyünü göstәrir,
heç nә yerini almır, hәr şey yan keçir, hәtta hava proqnozunu
belә, bir hәftә öncәdәn xәbәr vermәk kimi boş şeyi dә bacarmırlar,
onda qalmış daha ciddi şeylәr barәdә xәbәr verәlәr... Bacarmırlar,
edә bilmirlәr, güclәri çatmır, onların ipinin üstünә odun yığmaq
olmaz. Nәsә başqa şey lazımdı. Deyimmi nә? Başqa cür yanaşma
tәlәb olunur indi. Viktor ürәksizcәsinә soruşdu: – Nәyә görә
Kәnd Tәsәrrüfatı Nazirliyi hәmin qocadan öncәgörmәnin üsullarını
öyrәnә bilmir?

Nikolay Erastoviç gülümsәyәrәk әlini yellәdi.
– O nә deyә bilәr axı? Hansı üsulla xәbәr verdiyini heç özü
dә bilmir...
– Yәqin, sadәcә istәmir, – Valentina ehtimal etdi. – Niyә öz
sirrini açmalıdı axı?
– Yox, iş onda deyil. Bacarmır.
– Niyә?

150
   145   146   147   148   149   150   151   152   153   154   155