Page 147 - Yuri Trifonov
P. 147
Qoca
hay-küy etdilәr, qızışıb özlәrindәn çıxdılar, sonra soyuyub,
nәhayәt, yüz yetmiş rubla razılaşdılar.
– Amma Vasiliç, eşidirsәn, – Mitya barmağını silkәlәyib
hәdәlәdi – Pulu bu dәqiqә verәcәksәn! Yoxsa sәn xoşlayırsan
haa, nә bilim, bir hәftәdәn sonra, nә bilim, bazar ertәsi, güzar
ertәsi...
– Pul budu, bax. Yüz rubl. Yetmişi dә ümumi yığıncaqdan
sonra, elә hәmin gün verәcәm. İndisә qolla buranı görüm.
Mitya alnını qırışdıraraq, Oleq Vasilyeviçin “Triumf” maki-
nasının kömәyiylә lakonik şәkildә hazırladığı, Aqrafenanın evinә
iddia etmәkdәn imtina haqda kağıza baxdı. Nıqqıldadı, tәrlәdi,
Oleq Vasilyeviçә elә baxdı ki, guya indi nәsә deyib onu dalana
dirәyәcәk, amma heç nә demәdi vә kağızı qolladı. Saat dörd idi.
Bütün günü Mityanın badına getmişdi, lazım idi ki, onu axıracan
qandırsın, çünki elә-belә, asanca heç nә başa gәlmir, hәr şeydәn
ötrü çarpışıb-döyüşmәk, sonunacan getmәk lazımdı! Buna görә
dә bu günә nәzәrdә tutduğu bir çox tәxirәsalınmaz işlәri baş
tutmadı. Turş çaxır vә günün cәhәnnәm bürküsündәn Oleq Vasil-
yeviç ağırlaşıb yorulmuşdu, başının içindә küy vardı, istәyirdi
çaya baş vurub suyun içindә otursun, heç axşamacan ordan çıx-
masın, amma kontorun bağlanmasına cәmi iki saat qalırdı, bu
üzdәn Moskvaya tәlәsdi. Vә çatdırıb bәzi işlәri görә bildi. Axşam
şәhәrdәki mәnzilindә duş qәbul elәyib, balkonda hörmә kresloda
oturmuşdu, әynindә trikotaj alt paltarı, ayaqlarında rezin çimәrlik
sәndәli, elә bil sahildәydi – sakitlikdәn, kölgәlikdәn, qazandığı
uğur hissindәn, bütün ömrü boyu özünü haqlı saydığından hәzz
alırdı vә әlindәki dәftәrçәyә görülmüş işlәri qeyd edirdi. Siyahıdan
“Mitya”, “Vneşposıltorq”, JEK, “Növbәti cildlәr” vә “Potapov”u
pozdu. Potapov – Svetlananın şifrәlәnmiş adıydı. Onunla vidalaşma
baş tutmuşdu. Bu iş nә qәdәr acı, nә qәdәr ürәkparçalayan olsa
da, sona çatdırılmışdı, üstündәn xәtt çәkilmәliydi. Nә isә... Svet-
lana sabah gedir. Bәs bu gün? Axşam asudәçilikdi. O, bir müddәt
götür-qoy elәdi, qıza yazığı gәldi, hәmin işdә özünü çox da haqlı
saymadı, sonra isә gedişi әrәfәsindә bu axşamdan imtina etmәyin
öz şәxsi prinsiplәrinә xәyanәt olduğunu düşündü. Bu, son hәdd
idi vә cәld kreslodan qalxaraq otağa – telefona sarı yollandı.
147