Page 143 - Yuri Trifonov
P. 143
Qoca

görünmәdi. Briqadayla harasa getmişdi. Budur, bir hәftәdi yenidәn
peyda olub. Polina Karlovna araba sәsi eşitdi. Doqqaza çıxanda
Mityanı gördü, o, plitә döşәnmiş çığırla Aqrafenanın dәmir
arabasını aparırdı. Vaxtilә Aqrafena bu arabayla gübrә, torpaq,
kәrpic, xәzәl daşıyırdı, çox rahat arabaydı. “Mitya, – Polina
Karlovna dedi – icazәsiz niyә götürürsәn? Axı bu, sәnin malın
deyil” – “Heç sizinki dә deyil!” – Mitya onun sözünü kәsdi vә
geriyә belә baxmadan arabanı aparıb getdi.

Bunlar boş şeylәr idi. Oleq Vasilyeviçi Mitya qorxutmurdu.
Әsas o idi ki, hәyasızlığın qabağında duruş gәtirәsәn. Sәkkiz il
qabaq buradakı hәyatının ilk yayını xatırladı, o zaman heç kimlә
tanış deyildi, tәk yaşayırdılar, – Aqrafena xәstәxanadaydı, daim
haralardasa müalicә, müayinә olunurdu. Darıxdırıcı qadın idi,
onunla olan bütün söhbәtlәr xәstәliklәr vә tәbabәt haqdaydı, – o
zaman axsaq bir kişi gәldi, şapkası burnunun üstündә, pencәyi az
qala çiynindәn düşürdü, bir gözü dә mayıf, elә buna görә dә
lәqәbi Çәp idi, soruşdu ki, şüşә lazımdımı? Qoltuğunda әsgiyә
bükülü iki böyük şüşә parçası vardı. Oleq Vasilyeviç “gәrәk
deyil” dedi. O, israr etdi ki, alsınlar, ev sahibәsi olan doğma bibi-
sinin onu cәzalandırdığını söylәdi, buna görә dә şüşәlәri satmağa
çıxartdığını bildirdi. Spirt qoxuduğu üçün Oleq Vasilyeviç onu
qovdu. Gecәyarısı şaqqıltıyla çiliklәnib tökülәn şüşә sәsi hamını
oyatdı. Otaqdan eşiyә yüyürdülәr, gördülәr ki, aynabәndin divara
sarı olan pәncәrәsi çiliklәnib döşәmәyә tökülüb. Döşәmәdә yekә
bir çay daşı vardı. Kimsә yoldan atmışdı. Kimin atdığına şübhәlәri
yox idi. Növbәti gün heç nә baş vermәyibmiş kimi, o abırsız
adam tәzәdәn peyda oldu, “bәlkә, bu şüşәlәri alasız...” – deyә
yenә zәhlә tökmәyә başladı: “Bәlkә, lazımdı, hә? Mәni cәzalan-
dırıblar axı, bunlara görә pul ödәmişәm...” Oleq Vasilyeviç han-
sısa әclafın divarın üstündәn daş atdığından gileylәndi vә bildirdi
ki, şüşәni vaxtında gәtirib. Mityanın cibindә mismar, çәkic vә
şüşәkәsәn vardı, o, dәrhal işә başladı vә bir saatdan sonra pәncә-
rәni necә var bәrpa elәdi. Oleq Vasilyeviç Mityanın әlini sıxaraq:
“Sağ ol, sağ ol – söylәdi – Var ol! İstәdiyin vaxt gәl!” – dedi.
“Bәs on altı rubl? Biz necә danışmışdıq?” – Mitya heyrәtlәndi.
“Nә de-di-n?” – Oleq Vasilyeviç kükrәdi vә polad kimi güclü
barmaqlarıyla cılız Mityanın boynunun ardından yapışdı, onu elә

143
   138   139   140   141   142   143   144   145   146   147   148