Page 144 - Yuri Trifonov
P. 144
i Trifonov

qüvvәylә sıxdı ki, qıvrılıb oturdu. “Mәn sәnә daşı necә atmağı
göstәrәrәm! Sәni üçilliyә basdıraram gedәrsәn, cındır! Ağzını
cıraram sәnin, qancıq balası! Nә qәdәr ki sağsan, açıl burdan!”
Mitya, hәqiqәtәn, diyirlәndi, belә ki, Oleq Vasilyeviç onu yaxşıca
itәlәdi, o, әvvәlcә dizlәri üstә yıxıldı, sonra böyrü tәrәfdәn yerә
dәydi, çevrildi, sıçrayıb havalı kimi qaçıb getdi. O hadisәdәn
sonra münasibәtlәri düzәlmişdi. Aqrafena qardaşı oğlunu sevmirdi
vә ondan qorxurdu: Mitya gәlәndә, Aqrafena çox vaxt otağa
girib qapını bağlayırdı, tapşırırdı desinlәr ki, evdә yoxdu. O yal-
varıb-yaxarıb pul istәyirdi, inadcıllıq göstәrirdi, hәm dә qәzәbli
olurdu, Aqrafenanın isә imtina etmәyә iradәsi çatmırdı.

Oleq Vasilyeviç Mityanı emalatxanada, misgәrlik guşәsindә
aradı, orada Mitya taxta çәkiclә dәmir novçanın qadağını bәrkidirdi.
Elә sәy göstәrib әllәşirdi ki, çiyinlәrindәn, yanaqlarından tәr
şoruldayırdı, ağzı açıla qalmışdı, ilk anda qarşısındakını tanımadığına
görә gözlәri mәnasızcasına oynadı, görünür, tәcili qeyri-dövlәt
sifarişi almışdı, müştәri gözlәmirdi, hәm dә özü tәlәsirdi.

– Nolub? Nәdi? – çәkicdәn, qadaqdan könülsüz ayrıldı.
Hәyәtә çıxıb kölgәlikdә oturdular. Mityanın çılpaq sinәsindә
qartal döymәsi vardı, altından da: “Hәyatımız uşaq köynәyi kimi-
di...” yazılmışdı. Qarnını qat kәsdiyinә görә ikinci sәtri oxumaq
mümkün deyildi. Oleq Vasilyeviç onu yaxşı tanıyırdı. Bacardığı
qәdәr hәlimliklә danışmağa cәhd elәdi, amma ürәyinә dammışdı
ki, çәtin, hәm dә pis olacaq, Mitya dәyişib artıq.

– A bicbala, necә yaşayacağıq? Hә? – soruşdu.
– Siz bu dәfә haçan yığışıb Moskvaya gedәcәksiz? Sentyabrda,
yoxsa ondan qabaq? – Mitya suala sualla cavab verdi.
Oleq Vasilyeviç gülümsündü, “Filipp Morris” qutusundan
şıppıltıyla bir siqaret çıxartdı. Mityaya sarı uzatdı, o isә, – bax,
bu da bir yenilikdi ha! – hәqarәtlә başını yellәdi vә әzik-üzük,
zibildәn seçilmәyәn “Dukat” qutusunu cibindәn çıxarıb, iki
bölünmüş siqaretlәrdәn birini müstüyünә qoyub, yandıraraq
tәmkinlә çәkmәyә başladı.
– Hәlә bir nәyәsә ümidin dә var? – Oleq Vasilyeviç soruşdu. –
Nahaq yerә! Heç nәyә ümid elәyә bilmәzsәn. Sәn birbaşa varis
deyilsәn, sadәcә olaraq qardaşı oğlusan, qanunla sәndәn varis ol-

144
   139   140   141   142   143   144   145   146   147   148   149