Page 141 - Yuri Trifonov
P. 141
Qoca
rayonuna. Özümü könüllü kimi qeyd elәtdirmişәm. “Mәşhur
cәngavәrmi, ya sadә zirehli әsgәrmi?”1
– Qeyd elәtdirmisәn? – Bu ciddi söhbәtdәn diksinәn Pavel
Yevqrafoviç qışqırdı. – Niyә? Dәli olmusan! Qoy cavanlar getsin,
sәnin әlli yaşın var, axmaqsan, and olsun, ürәk var sәndә...
– Boş şeydi, ürәyim qaydasındadı. Kontorda oturub onların
sifәtinә baxmaqdan ürәyim bulanır! Özümlә bacara bilmirәm: ya
nәsә deyәcәm, ya da kimisә vuracam... Kimisә vurub o yanlıq
elәyәcәm, sonra yanıma şey-şüy daşımağa başlayacaqsız... Yaxşısı
budu, sәrvәtimiz olan meşәlәri xilas etmәk üçün alovla mübarizә
cәbhәsinә yollanım...
Pavel Yevqrafoviç oğluna kәdәrlә, heyrәt içindә baxdı: doğru-
danmı bunun әlli yaşı var? Elә bil yaşa dolmayıb, yetkin deyil,
şuluqçu, avara, sәfildi. Saçları ağarıb, mühәndis kimi geyinir,
danışığı isә tüfeyli danışığıdı. Gülünc-gülünc, böyüyüymüş kimi
yekәxana bir tәrzdә atasına barmağını silkәlәyir, guya o atadı,
Pavel Yevqrafoviçsә – oğul.
– Mәn sәni yaa-axşı tanıyıram, bala! Mәnim yoxluğumdan
istifadә edirsәn, söz verdiklәrindәn boyun qaçıracaqsan... Prixod-
koyla hökmәn danış, eşidirsәn?
Oleq Vasilyeviç sәhәrdәn sovxoza getmişdi, o, Jalizo vә ya
Krivoy lәqәbli Mityanı, elәcә dә Mityanın da doğulduğu Juçkovo
kәndindәn olan Juçkovskini axtarırdı. Mityaya o kәnddә yaşamaq
qismәt olmamışdı, gah Moskvaya tikintiyә getmişdi, gah sovxozda
işә qurşanmışdı, gah bağa qarovulçu düzәlmişdi, gah da uşaqlara
qoşulub Kubana getmiş, yaxşı yerdә işә girmişdi. Jalizo ifadәsi
adәtәn ticarәtdә hansısa bir termin olduğuna görә, tez-tez dәllallar
sakitcә soruşardılar: “Jalizo lazım deyil ki?” Oleq Vasilyeviç
Mityanı yaxşı tanıyırdı, onu fırıldaqçı sayır, heç bir sözünә, vә-
dinә inanmırdı, amma hesab edirdi ki, onunla aranı vurmaq ol-
maz, bicbala kimi dә o gәrәklidi, fırıldaqçı kimi dә xeyri var,
düzdü, dәfәlәrlә söymüşdü, onunla ağızlaşmışdı vә sözü çәplәşmişdi,
ürәyindә and içmişdi ki, daha bu adama bir rubl da borc
1V.Jukovski, “Qədəh” balladasının ilk misrası (tərc.)
141