Page 140 - Yuri Trifonov
P. 140
i Trifonov

– Yox, Ruska, yox, yox. Heç ağlına da gәtirmә! – Pavel Yev-
qrafoviçin az qala qırx il әvvәlki kimi oğluna qәfil yazığı gәldi,
tez-tәlәsik dedi – Әlbәttә, sәndә çatışmayan bәzi şeylәr var, bu
isә kimdә yoxdu ki? Amma sәninlә işlәmәk olar. Sәninlә yaşamaq
da mümkünsüzdür. Mәncә, әksinә, sәndә eqoizm azdı, öz qayğına
az qalırsan.

– Hә. Onlar başqa cür fikirlәşirlәr. Mәn bilmirәm axı özüm
haqda nә fikirlәşim. Sәnә deyilәndә ki, pis adamsan, bu, heç cür
xoşa gәlmir. Desәlәr ki, “pis işçisәn, pis mühәndissәn”, cәhәnnәmә,
dözmәk olar, amma “pis adamsan” – ürәyәyatan deyil axı.

– Sәn heç dә pis adam deyilsәn. Amma, әlbәttә... – burada
Pavel Yevqrafoviç istәdi deyә ki, Ruslanın çatışmayan cәhәtlәri
ağzının danışığını bilmәmәsi, sadәlövhlüyüdür, iş yoldaşlarının
da xoşuna gәlmәyәn, yәqin, sözü necә gәldi tullamasıdır, amma
dili topuq vurdu, bu şeylәri indi söylәmәyi düzgün hesab elәmәdi.
O, oğlunun çal saçlarını sığallayıb dedi: – Mahiyyәtcә, sәn
mehriban vә yaxşı adamsan. Neylәmәk olar ki, mәn istәyәn kimi
hәyat sürmürsәn.

Onlar susdular. Ruslan stulda yırğalana-yırğalana gözlәrini
bağa zillәmişdi, dodağı altında nәsә mızıldanırdı.

– Axı mәnim hәyatımda pis olan nәdir? – o soruşdu.
– Pis? Heç nә. Yaxşı da bir şey varmı ki... Sәnin evin yoxdu.
İsti bir sığınacağın yoxdu.
– Hmm... – elәdi Ruslan, sanki bununla: “İştahan pis deyil”
demәk istәyirdi. Sonra ah çәkib razılaşdı – Haqlısan, ata, haqlısan,
haqlısan... O da yoxdu, o biri dә, heç nәyim yoxdu, heç nәyim...
Bax, o yelbeyininki kimi göy rәngli “Volqa”m da yoxdu. – O,
başının işarәsiylә ağacların arxasında, yolda asta-asta dönәn Kan-
daurovun “Volqa”sını göstәrdi. – Hamının hәr şeyi olduğu halda,
mәnim heç nәyimin olmaması niyә ağlıma gәlmәmişdi bәs? Bir
bax, o, harasa Moskvaya sarı yox, әks tәrәfә getdi. Deyәsәn,
sovxoza tәrәf. Demәli, belә lazımdı. Havayı yerә benzin yandırmaz.
Ah, ya Rәbbim, mәn niyә tәlaş keçirirәm? Praktiki olaraq hәr
şey hәll olunub, mәnzәrә çәkilib, hansısa xırda detallar, boş şey-
lәr qalıb... Cәhәnnәm olsun... Öz aramızdı, iki gündәn sonra ara-
dan çıxıram. Yanğınla mübarizәyә gedirәm. Hardasa Yeqorovka

140
   135   136   137   138   139   140   141   142   143   144   145