Page 139 - Yuri Trifonov
P. 139
Qoca

Bilirsәn, yanıq iyi hardan gәlir? Moskvanın o yanında meşәlәr
alışıb. Torf yanır. Salnamәlәrdәki kimi: “o yay böyük quraqlıq
oldu...” Yadına gәlir? Min il öncә necә quraqlıq olduğunu
xatırlayırsan?

– Xatırlayıram. – Pavel Yevqrafoviç bir qәdәr susub soruşdu: –
Niyә sәn hәmişә atanla gic tәlxәk kimi danışırsan?

– Nә? – Ruslan ovcunu qulağına tutdu. – Nәdi?
– Budu ha, buyur... Ah, ilahi, hәr şey aydındı... – Pavel
Yevqrafoviç çıxıb getmәk üçün ayağa durmağa tәlәsdi, amma
Ruslan gözlәnilmәdәn onun әlindәn yapışıb güclә aşağı dartdı,
uşaq kimi stula otuzdurdu. O abırsız, tez-tez gücünün artıq
olmasından istifadә edirdi.
– Yeri gәlmişkәn, bir şey soruşmaq istәyirәm. Sәncә, kollektiv
düşüncә hәmişә haqlıdırmı? Vә yalqız olan hәmişә haqsızdırmı?
– Necә deyim... Bilirsәnmi... – Oğlu ciddi sual verdiyi üçün
Pavel Yevqrafoviç sevincәk oldu, ona ağıllı vә әtraflı cavab
vermәk istәdi. Düşünüb fikrini cәmlәşdirdi. – Olsun ki, mәn sәnә
hazır resept verә bilmәrәm. Baş verәnlәrin hamısı bütün әlaqәlәriylә,
ziddiyyәtlәriylә dialektik müzakirә edilmәlidi... Sәni hansı
maraqlandırır?
– Öz mәsәlәm. Şәxsi. Başa düşürsәn, belә bir gülünc şey
meydana gәlib: işimi dәyişmәk lazımdı. Mәni zavoddan çıxmağa
mәcbur edirlәr.
– Nә danışırsan! – Pavel Yevqrafoviç diksindi.
– Qorxulu heç nә yoxdu. Bir anın içindә iş tapacam. Mәni
üzәn ayrı şeydi: birdәn bu әclaflar haqlı ola bilәr... Onların
dediyinә görә, elә bir adamam ki, mәnimlә işlәmәk mümkün
deyil. Guya mәn tәkәbbürlü, kobud, filan-filan olmuşun biri,
eqoistәm. Başqaların marağını nәzәrә almaq istәmirәm. Әmәkdaşları
özümә qarşı qaldırmışam. Bunu elә adamlar deyir ki, onlardan
heç vaxt gözlәmәzdim. Eşidәndә, elә bil başıma bir qazan qaynar
su tökdülәr. Bir sözlә, әmәlli-başlı didişmәdәyәm, vәziyyәt elәdi
ki, daha orada qala bilmәrәm... Bax belә, atası, belә-belә işlәr...
Amma iş onda deyil! Bu dediklәrimi bir yana qoyuram. Mәni
öldürәn ayrı şeydi: әgәr hamı deyirsә ki, mәn pisәm, bәlkә,
doğrudan da, o cürәm? Bәlkә, doğrudan da, elә heyvanın biriyәm?

139
   134   135   136   137   138   139   140   141   142   143   144