Page 134 - Yuri Trifonov
P. 134
i Trifonov
maarifçiliklә, tarixlә bağlı bir sıra mәqalәlәr yazırdı ki, buna da
İzvarinlәrin böyüyü saymazyana yanaşır, hamısını “yalan-palan”
adlandırırdı. Müәmmalıydı ki, axı Burmin nә barәdә mühazirә
oxuya bilәr? O, kilsә mәktәbindә iki sinif oxumuşdu, qalan nәyi
varsa, sürgündә kitabların vә dostların kömәyiylә qazanmışdı.
Vәtәndaş müharibәsi zamanı üzdә olan bir şәxs idi, sonra necәsә
sıxışdırıldı, kәnarlaşdırıldı, boş-boş şeylәrlә mәşğul olmağa
başladı. Sanyanın atasının da nifrәtlә dediyi hәmin o pedologiya1,
kommunada uşaqların tәrbiyәsi vә günәşә sitayiş kimi boşboğazlıqla
mәşğul olurdu. Özәyindә hansısa mütәrәqqi şeylәr olan zәhlәtö-
kәnlik edirdi. Bütün bunlar bir dәfә qalmaqallı hay-küylә sona
yetdi. Atasının dediyi kimi, bu, axmaqlıq idimi? Dәhşәtli dalğanın
süpürüb kәnara atdığı bu keçisaqqal, yerölçәn balası, doğrudanmı
axmaq idi? Üstündәn otuz il keçәndәn sonra o vaxt adama aksio-
ma kimi gәlәn Burminin axmaqlığı indi şübhәli görünür. Axı, o,
“Burevestnik”in әsasını qoyan ziyalılar arasında yeganә adamdı
ki, hәmin illәrin o üzündәn bu üzünә od-alovu yarıb keçmişdi vә
qocalığın, yeni dönәmlәrin sәrin-soyuq ağuşuna sağ-salamat sığı-
na bilmişdi. Deyilәnә görә, bu yaxınlarda ölüb. Ruskanın atasısa,
deyәsәn, hәlә sağdı, amma ona olan olub, necә deyәrlәr, ağzı ya-
nıb, di gәl, kömәyinә axmaqlıq deyil, tale çatıb.
Qoca Letunov barәdә bir neçә il әvvәl küçәdә tәsadüfәn rast
gәlәn Ruslan danışmışdı. Demişdi ki, köhnә dostları inanılmaz
dәrәcәdә yaraşıqlı, vüqarlı, әtli-qanlıydı, dәbdәbәli çal saçlarıyla
әyalәt aktyorlarına oxşayırdı. Hansısa zavodda baş mühәndis
işlәyirmiş. Bәs o biri qocalar? Silinib-süpürülüb, itib-batmışdılar...
Sanya bunu yalnız fәhm edirdi, belә ki, on illәrlә orada olmamışdı,
heç nәylә maraqlanmamışdı, adamlardan yan durmuşdu, Ruslanlasa
ona görә söhbәt etmәyә mәcbur olmuşdu ki, o, qәfil yaxasından
yapışıb silkәlәyәrәk: “Sanyacan! – çığırmışdı – Lәnәt şeytana,
sәn sağsan?”
Doğrudanmı unudub yәni? – O zaman pәrdәli otaqlarda
çalsaç, tosqun oğlan kimisә pıçıltıyla, kimisә mәcbur edәrәk, tu-
1 pedologiya – böyüməkdə olan nəslin tərbiyəsi haqqında yalançı elm (tərc.)
134