Page 133 - Yuri Trifonov
P. 133
Qoca
döşәmәni taqqıldadırdılar... Ruska buna böyük teatr deyirdi...
Qaranlıq, yaddaşın küncünә qısılmış, ört-basdır edilmiş biabırçı-
lıqlar... Dahi artist, böyük yazıçı olmaq istәmişdi, amma ilk tö-
rәtdiyi sәkkiz yaşındakı böyük bir axmaqlığı olmuşdu. Valideynlәri
bir-birinin üstünә qışqırır, uşaqları döyür, onları hәyәtә buraxmırdılar.
Mәgәr Ruskaydımı günahkar? Bu, hamı üçün üzqaralığıydı. İlk
növbәdә başıboş böyüklәrә ayıb idi ki, uşaqları xalalarının üstünә
atıb biri kurorta, o biri yığıncağa gedirdi, bәzilәrisә keçisaqqal
Burminsayağı, guya köhnә normaları darmadağın edib, yenisini
yaradırmış kimi lovğalıqla mәşğul olurdular. Әlbәttә ki, axmaqlıq
vә mәzәlәnmәk kimi görünәn bu şeylәr Burminin әdәbazlığından
irәli gәlirdi. Burmin, arvadı, baldızları vә yeznәlәri “çılpaq bәdәn”
vurğunu vә “rәdd olsun utanmaq” cәmiyyәtinin pәrәstişkarlarıydı,
tez-tez öz bağ evlәrinin yanında, bağçada, hәlә axşamlar xeyli
adamın toplaşdığı ictimai bağda belә әdәbsiz şәkildә, yәni lüt-ana-
dangәlmә gәzirdilәr. Bağ camaatı qәzәblәnirdi, professor Mossovetә
yazmaq istәyirdi, Sanyanın anasısa gülürdü, “bu, çılpaq padşahın
nağılına illüstrasiyadı,” deyirdi. Bir dәfә o, hәmin “tәlxәklәrin”
gәzişdiyi bağa getmәyi ona qadağan edәn әriylә dalaşdı. Sanyanın
atası bu “rәdd olsun utanmaq” mәsәlәsinә görә Burminә qarşı çox
qәzәbliydi. Qalanlarısa gülürdü. Burmin arıq, hündürboy, eynәkli
adam idi, Appolondan çox, Don Kixotu xatırladırdı, heç qadınları
da yarlı-yaraşıqlı deyildi. Amma gün altında әla yanıb-qaralmışdılar.
Hamısı külәş rәngdә sarışın qadınlar idi. Sarışınların әn balacası
isә yaşıdı vә rәfiqәsi Maya idi. Üzü, sәsi yaddan çıxsa da, Maya
deyilәn addan ömrü boyu bir ilıqlıq, bir hәrarәt әsirdi içinә.
Adam ot yaşda, kәpәnәk yaşda sevә bilәrmi? Sanya sevmişdi. O
saçlara vurulmuşdu. Yaşıllıqlar içindә qızılı saçları görüncә, qor-
xu vә sevinc hissi yaşamışdı, o an elә bil taqәtdәn düşmüşdü:
özünü ölülüyә vurmuş bir böcәk kimi düşüb tәrpәnmәdәn qalmaq
istәmişdi. Maya Burminlәrә oxşamırdı: aramla danışır, düşüncәli-
düşüncәli baxır vә heç vaxt bu soyadı daşıyanlar kimi bağçada
çılın-çılpaq gәzmirdi.
İlk dәfә böyüklәri belәcә lüt-üryan gördükdә onun yaddaşına
nifrәt vә qorxu hissi hopdu. O zaman Burmin hardasa dәrs
deyirdi, amma mәhz harda? – bu, mәlum deyildi, tәrbiyәylә,
133