Page 135 - Yuri Trifonov
P. 135
Qoca

man-köynәyini çıxartdırırdı, bunda bir qәbahәt görmürdü, eyni
şeyi böyük Burminlәr öz bağçalarında heç kimdәn utanmadan
edirdilәr, yәni lüt-üryan gәzir, tullanır, sәrәlәnir, gülәşirdilәr...
Buna böyük teatr deyirdilәr... Yerölçәnin oğlu qәzәblәnmiş bağ
adamlarına: “Uşaqlar hәr şeyi görmәli, hәr şeyi bilmәlidilәr! –
deyirdi. – İkiüzlü vә riyakar olmayın!” Sanya otaqdan-otağa
özlәrini kәpәnәklәr kimi mәnasızcasına әsdirәrәk uçuşan qızılı
әndamlılara titrәyә-titrәyә baxırdı... “Gözәl, çılpaq bәdәndәn
ancaq meşşanlar qorxar! – deyә Burmin pörtә-pörtә yumruğunu
silkәlәyib bağırırdı – Burjuylar riyakar paltarları altında çirkli
canlarını gizlәdirlәr!” Sonra şillәlәnib döyülmәlәr, kәmәrlә
çırpılmalar baş verdi, Sanyanın anası çığırdı: “Әgәr bu rәzilliyә
son qoyulmasa, Martın İvanoviç Fәhlә Kәndli Müfәttişliyinә
şikayәt edәcәk!” Vә boşluqlara әbәdi, ömürlük köç edәn: pörtüb-
qaralmış, sırtıq, yasaq olunmuş, qızılı şüalarda yanmış nәsnәlәr...
Yayın sonuydu, suları mazuta bulaşmış çayda gәmilәr üzmәyә
başlamamışa qәdәr hәlә hәr iki sahildә sarıya çalan sucaqlıqlar
vardı, insanlar dayaz yerdәn o üzә-bu üzә keçә bilirdi vә birdәn
Sanya qadın çığırtısı eşitdi. Gәmi fiti kimi dәhşәtli bir sәs dәydi
qulağına. Mayanın anası sahil boyunca qaçaraq hayqırırdı, birdәn
yıxıldı, bir neçә adam ona sarı atıldı. Suyun yanına kütlә toplaş-
mışdı. Uşaqlar yamacdan böyük sıçrayışlarla, tullana-tullana yü-
yürür, güruhun yanına tәlәsirdilәr. Sanya da qaçaraq gәldi vә
Mayanı gördü, yenә hәmişәki kimiydi, amma gözlәri qapalıydı,
üzünü dә saçları örtmüşdü – otlar kimi...

Uzaqlar... uzaqlar... hәr şeyә – uşaqlığa, kitablardan sәrsәm-
lәmәlәrә, gәmilәrә, axınlara, insanlardan ayrılmalara qәdәr uzaq-
lar... Dәmir borunun zәrbәsindәn yıxılan Ruskanın çığırtısına qә-
dәr... Onda kiçik bir su borusu parçasını kim daha uzağa atar
deyә tullayırdıq. Sanyanın әlindәn çıxan boru parçası yan tәrәfә
uçub Ruskanın dizindәn aşağı qıçını tutdu. Qıçı gipsdә, ay yarım
yatdı. Ruskanın anası Qalya xala ağzını açıb bir kәlmә dә giley-
güzar etmәdi! Amma kimsә, bәlkә dә, o donqarburun qoca iclas-
da: “Atası xidmәtә ziyan vurmuşdu, oğlusa öz çevrәsinә zәrәr
yetirir, uşaqları şikәst elәyir” – demişdi. Anası isә dözmәyib
ağlamış, iclasda qışqırmışdı. Qalya xala da qoluna girәrәk evlәrinә

135
   130   131   132   133   134   135   136   137   138   139   140