Page 132 - Yuri Trifonov
P. 132
i Trifonov

vә mansardalı bağ evi meydana gәldi; orada Saninin ilk dostu,
himayәdarı, adamincidәn, kәndli tatar kişilәrlә dalaşan, hәyatın
qәbih sirlәrinin üstünü açan Ruska Letunov öz ağlağan bacısı
Verayla olurdu; adı Beynәlxalq Gәnclәr Gününün şәrәfinә qoyul-
muş kürәntelli Myuda1 elә oradaca, mansardada yaşayırdı; sonra
iki balaca bağ evi dә tikildi, birindә hәmişә buralarda ipәk xalatda
vә başında araqçın gәzәn mәşhur professor yaşayırdı, onun yanına
damında kiçik külәkliyi olan qara rәngli “Rolls-Roys” maşını
gәlirdi, professorun oğlu hәmin avtomobildә avtobus dairәsinәcәn
gedib-qayıtmaq şәrtiylә bizi gәzmәyә dәvәt edirdi; o biri bağda
itlәrdәn, pişiklәrdәn ötrü ürәyi gedәn, uşaqları görmәyә gözü ol-
mayan Markiza yaşayırdı; vә nәhayәt, ayrıca, ikimәrtәbәli, nәdәn-
sә adına “kottec” deyilәn bir ev tikildi, onun bir tәrәfindә Slavka
Prixodko yaşayırdı, o biri tәrәfindә isә köhnә mühazirәçi-tәşvi-
qatçı Burminin çığır-bağırçı, hay-küyçü ailәsi yaşayırdı. Sanya-
nın atası Burmini Şәrq cәbhәsindәn tanıyırdı, amma Sokolinıy
Borda onlar tәmasda az olurdular, hәyәtdә rastlaşanda isә bir-
biriylә zarafatla danışırdılar. O, Burmini axmaq adam sayırdı
(Sanya onun dilindәn “sarsaq Semyon” ifadәsini eşitmişdi), onun
müharibәdәki igidliyinә vә hәtta ordeninә kinayәylә yanaşırdı.
Әvәzindә Ruskanın atası Letunova hörmәti vardı vә onu ağıllı
adam hesab elәyirdi. Atasının anasına: “Yeganә ciddi adam Paşa
Letunovdu – müharibәdәn sonra institut bitirdi, mühәndis oldu,
nәinki biz – boşboğazlar...” demәsini xatırlayır. Ruskanın atası
Sokolinıy Bora nadir hallarda gәlirdi, bәzәn aylarla görünmürdü,
şәrqdә işlәyirdi – Uralda. Ruskanın anası – mehriban Qalya xala
uzun müddәtә onun yanına getmişdi, uşaqlarsa yalqızca qalmışdılar,
ona görә yalqız qalmışdılar ki, himayәlәrindә olduqları qulluqçuları,
bәlkә dә, qohumları olan gicbәsәr qadına bel bağlamışdılar... O
isә Moskvaya gedib günlәrlә yoxa çıxır, Ruskayla Vera isә tam
yalqız qalırdılar... Mәnzillәrindә kart oyunları, turnirlәr, qondarma
yarışmalar, Allah bilir, daha nәlәr tәşkil edilirdi. Aynabәndin
parusin pәrdәlәrini aşağı salırdılar, hay-küy qopurdu, yuxarıdan

1bu ad rusca Mejdunarodnıy Yunoşeskiy Den sözlərinin baş hərflərinə uyğun
qoyulmuşdu (tərc.)

132
   127   128   129   130   131   132   133   134   135   136   137