Page 127 - Yuri Trifonov
P. 127
Qoca
Mariya Adolfovna: “O, jetzt mub ich mich auf den Weg
machen…”1 pıçıldadı, bәlkә dә, onuncu dәfәydi ki, nәlәrisә
yığıb, topalayıb qablaşdırırdı, sonra divana oturub pişikotu cövhәri
içirdi. Yenә dә deyirdi: “O, jetzt mub ich...” Onun kitablarının
cildlәri qәdimi, qızılı basma üsuluyla işlәnmişdi vә “saşe” deyilәn
quru әtir qoxusu verirdi. Mariya Adolfovnada sәkkizguşәli taxta
bir haşiyә vardı, üzәrindә ikirәngli gözәl salfetlәr toxuyurdu, o,
Sanyaya da, onun әmisi qızı Jenyaya da, Jenyanın anası Kira
xalaya da belә salfetlәr toxumağı öyrәtmişdi.
Yerindәn belә tәrpәnmәdәn: “O, jetzt mub ich mich…” –
pıçıldadı. Sanyanın anası qarıya tәәssüflә baxaraq gözlәrini sildi.
Amma, ümumiyyәtlә, Mariya Adolfovnaya heyifsilәnmәk gәrәk
deyildi. O, maraqlı şәhәr hәyatının qaynadığı Moskvaya –
Arbatdakı “Are” kinoteatrının üzbәüzündәki odasına qayıdırdı.
Doğrudur, Mariya Adolfovna tamamilә yalqız idi, kinonu sevmirdi,
küçәyә isә nadir hallarda çıxırdı.
“Mariya Adolfovna, әzizim, sizә heç yana tәlәsmәk lazım
deyil, – Sanyanın anası söylәdi. – Siz burada yaxşıca gecәlәyә
bilәrsiz...”
“Yox, yox! Nәyә görә? Başa düşürәm, mәn sizinçün yad bir
insanam...”
“Siz bizimçün heç dә yad insan deyilsiz, Mariya Adolfovna,
amma başa düşün, daha sizә ödәmәyә mәnim vәsaitim olmayacaq.
Vәssalam. Burada heç bir sirr yoxdu”.
“Ach, Gott...”2 – Mariya Adolfovna başını yellәdi, burnunu
sildi, yaylığı tutmuş әli iriydi, kişilәrdәki kimi damarlı vә buğum-
buğum barmaqları vardı. Mariya Adolfovnanın getmәyә gücü
çatmırdı. Sanyanın anası әzab çәkirdi.
Sonra Mariya Adolfovna heç nә ödәmәk lazım olmadığını
söylәyib, havayı çalışacağını bildirdi. Sanyanın anası isә razılaşmadı.
Yox, bu, ayıb idi, yaxşı deyildi. Belә olmazdı. O, qarını öpdü,
dedi ki, çox gözәl insandı, üç il әrzindә etdiklәri dostluq onları
sanki doğmalaşdırıb, amma hәyat dәyişib, әvvәlki şeylәrin
1Ah, mən indi yola hazırlaşmalıyam... (alman.)
2Ach, Gott – Ah, Rəbbim (alman.)
127