Page 125 - Yuri Trifonov
P. 125
Qoca

vermişdi. Bütün bunlar indi rәng-ruhunu itirib, yox olub getmişdi.
Nә әcәb bәs qoca ölmәyib? Nә yaxşı ortalığa çıxıb indi?

– Sanya, gözәtçi komasını almağa sizin dә müәyyәn şansınız
var, amma demәzdim ki, çox elә böyükdü... Axı siz orada on iki
il yaşamısız, elә deyilmi? Tәxminәn iyirmi altıdan bu yana...
Atanızı yaxşı xatırlayıram... Tәәccüb edirәm, bir dәfә dә olsun
mәsәlә qaldırmamısız vә harasa yoxa çıxmısız... Sizin isә mәnәvi
haqqınız var.

– Var, – Aleksandr Martınoviç razılaşdı, – Deyin görüm,
oğlunuz Slava necәdi?

– Slavik müharibәdәn qayıtmadı. Qırx ikinci ildә Şimali
Qafqazda hәlak oldu. Arvadım vә Zoyeçkayla tәxliyә yerindә –
Çuvaşiyada yaşayırdıq... – deyә qoca tez-tәlәsik üyüdüb-tökdü.
Bunu elә tez etdi ki, elә bil verdiyi bu xәbәrdәn tәcili qurtulmaq
istәyirdi. – Hә, Sanya, nә deyirsәn? Әrizә yazın, mәn sizә kömәk
etmәyә cәhd göstәrәrәm.

Aleksandr Martınoviç gizli bir hәyәcan içindә susub fikrә
getdi. Ürәyi döyünmәyә başladı. Qәfildәn vә qәribә bir şәkildә
onu çulğayan bu mәsәlә köhnә yuxulara oxşayırdı, geri qayıtması
mümkün olmayan keçmişlәr haqdakı bu yuxular ömrünün birinci
yarısına bütünlüklә әzab vermişdi... Müharibәdәn sonra iki dәfә
tәsadüfәn Sokolinıy Borda olmuşdu – o vaxtdan artıq iyirmi il
keçmişdi – vә bilәrәkdәn çәpәrlәri, şam ağaclarını vә damları
görmәsin deyә meşәyә qayıdıb, Dördüncü xәttә qәdәr getmişdi.
Olanların hamısı kül kimi sovrulub yox olmuşdu. Birdәn elә
bildi ki, ona – artıq qocalıb saçları ağarmış xәstәyә, olub-qalanının
hamısını dәfn etmiş, oğlunu belә torpağa gömmüş birisinә –
sanki bir müәmmalı, dazbaş, burnundan adam diksinәn bir qoca,
bәlkә dә, sehrbaz, bәlkә dә, lap әsl bir iblis tәklif edir ki, nәyә
görәsә uşaqlığına qayıtsın, hamının sağ olduğu, daşlı yollarda
qaçdığı, günәşin küknar gövdәlәrindә qaynayan qatranlarda alış-
dığı o zamanlara geri dönsün. Nәyә görә axı? Ona nә lazımdı ki?

– Bilirsiz. Necәsә bu gözlәnilmәzdi... – Aleksandr Martınoviç
dodağı altında deyindi. – Fikirlәşmәliyәm... İndi xәstәxanaya
gedirәm. Arvadım xәstәdi...

125
   120   121   122   123   124   125   126   127   128   129   130