Page 120 - Yuri Trifonov
P. 120
i Trifonov

– Yox әşşi. – O gülümsündü. – Sәn bortdan kәnara sıçramazsan.
Dediyin heç yadına gәlir? Hәr şeyi tәzәdәn dәyişmәk, hәr şeyә
yenidәn başlamaq istәyirdin axı. Ağlasığmaz dәrәcәdә cәsarәtli
planların vardı...

– Sveta, mәn buyruq quluyam... Gehote deyirdi: “Sәn elә
bilirsәn, hәrәkәt etdirәn sәnsәn? Әslindә, sәni hәrәkәt etdirirlәr”.

– Çәrәnlәmә...
Araya sükut çökdü. O, hiss etdi ki, qız ağlayır. Siqaret
yandırdı. Birdәn Sveta sakitcә soruşdu:
– Bilirsәn nә var? Vicdanlı cavab belәdi. Elә şeylәr var ki,
sәn ondan zövq alırsan vә ya zövq almağa can atırsan... Deyәk
ki, mәnim kimi bir qadın var. Sәn mәndәn zövq alırsan, düz
deyil? Sәnә bir ayrı cür zövq verәn ailәn dә var. Bir zövq mәnbә-
yi kimi arzusunda olduğun Aqrafeniyanın evi dә var. Meksika da
var... bilirәm, – mümkünatı olmayan işlәr görüb, әlçatmaz bir qa-
dına qovuşurmuş kimi Meksikaya da nail olmusan. Hәlә bir
mәsul kürsü sahibi var burada – arzuladığın daha böyük bir hәzzi
sәnә bәxş etmәyi boyun olub... İndi de görüm, bunların içindәn
cәmi bircәsini seçәsi olsaydın, hansını seçәrdin?
– Qәribә viktorinadı. Nәyinә lazımdı bu?
– Sadәcә bilmәk istәyirdim. Necә yaşamalı? Axı sәn hәyat
müәllimimsәn, de görüm, axırda nәyi güzәştә gedim mәn? Nәdәn
sonra nәyi? Qadın, ailә, mülk, sәyahәt, hakimiyyәt... Әn çox
hansını istәyirsәn?
Svetlana üzünü çevirib, hәqiqәtәn, bir şagird marağıyla yaşlı
gözlәrini Oleq Vasilyeviçә zillәdi. O isә bir sıxıntı içindә baxdı
qıza. Sonra aramla onu qucdu, polad kimi güclü әllәriylә onu
yaxınına çәkdi, özünә qısdı, bir qәdәr dә bәrk sıxdı, Svetlana
itaәtkarcasına ona söykәndi, çünki ondan cavab gözlәyirdi, – o,
dodağını dodağına söykәyib pıçıldadı:
– Hamısını istәyirәm...
Gün batıb hava qaralanda, o, istәdiyinә nail oldu, belә ki,
sonacan dirәşdi vә uzun-uzadı, dәlicәsinә, acılı-şirinli bir sevgi
yaşadılar, belәsi yalnız әbәdi ayrılıq öncәsi baş verә bilәrdi.
Gecә düşüb zülmәt çökәndә isә vanna otağına, duşun altına
girdilәr, o, ömürlük vidalaşacağı sevgilisinin bәdәnini süngәrlә

120
   115   116   117   118   119   120   121   122   123   124   125