Page 117 - Yuri Trifonov
P. 117
Qoca

gәrәk götürüb hәyәtә çıxaraydın, çırpaydın”, amma demәdi,
sadәcә mızıldandı. Hәyat dәrsi vermәyә vaxt yoxuydu. Vaxtında
gәrәk öyrәdәydi.

Vә birdәn ömürlük ayrılacağı bu qıza dәhşәtli dәrәcәdә yazığı
gәldi. Artıq sözü yoxuydu, heç nә demәdәn onun zәrif bәdәnini
sığalladı, boynunu, kürәyini, onurğa sümüyünün incә qabartılarını
öpdü. Ürәyindәn keçәn şәkildә olmasa da, böyründә uzanmışdı.
Amma indi yazıqlıq hissinin bir fırtına kimi gәlәrәk şüurunu
çulğadığı bir vaxtda ancaq qucaqlamaq, sığal çәkib oxşamaq,
vidalaşmaqdan savayı, ona heç nә gәrәk deyildi. Belәcә bir neçә
dәqiqә keçdi, sonra o danışmağa başladı. Nә barәdә? İlahi, nә
haqda... Lazım olanlar barәdә yox... Onu üzәn, sıxan, çökdürәn
bütün bu boş şeylәr, rәzilliklәr haqda başladı... Kooperativ sәdri
olan köhnә ağıldanseyrәk, hiylәgәr, avara Prixodkoya yol tapmışdı
vә o da vәd vermişdi... Ortada növbәdә birinci olan hansısa bir
Qorobçov var. O, mәhz bu evә növbәdә deyil, amma ilk boşalacaq
pay sahәsi üçün iddialıdı vә indi tәlәb edir. Amma onun öhdәsindәn
gәlmәk çәtin deyil, çünki kooperativin önündә heç bir xidmәti
yoxdu. Oleq Vasilyeviçin isә var. Oraya telefon çәkdirib. İdarә
üçün ruberoyd1 tәşkil edib. Bir il әvvәl Mossovetin vasitәsilә,
Maksimenkonun әliylә “Burevestnik” üçün üzgüçülük sahәsi vә
qayıq saxlamaqdan ötrü kiçik bir liman yeri ayırtdırıb. Bu әzvaylar
sadalananların heç birini onsuz әldә edә bilmәzdilәr! Batırıb
oturardılar! Әgәr o, elә hәmin Maksimenkonun әliylә düzüb-
qoşmasaydı, bu rәzil kooperativi çoxdan yox edib yerini silib-
süpürmüşdülәr, çünki neçә illәrdi burada pansionat tikmәk istә-
yirlәr... Tәşәkkür әvәzi evi ona vermәlidirlәr. Nәinki vermәk,
belә götürәndә bağışlamalıdılar. Yeddi il әrzindә ona o qәdәr güc
sәrf olunub, ondan ötrü o qәdәr can qoyulub ki... Әn xoşagәlmәz
şәxs vә tәhlükәli rәqib Letunov Ruslan Pavloviç adlı birisidi.
Hәr yanda yuvalanıb. Kök salıb. Onunla mübarizә aparmaq
çәtindi, çünki bütün icmalarda vә birliklәrdә belәlәri haqda әfsa-
nәlәr dolaşır... Qoca Letunov da belә әfsanәlәrdәndi. O, veterandı,
müharibә iştirakçısıdı, Lenini görüb, әzablar çәkib, sıxışdırılıb...

1ruberoyd – xüsusi maddələr hopdurulmuş kartondan hazırlanan üzlük
izolyasiya materialı (tərc.)

117
   112   113   114   115   116   117   118   119   120   121   122