Page 121 - Yuri Trifonov
P. 121
Qoca

yudu: “Ponte el pie aqui”1 deyәrәk, әlini dizinin qatlanacağından
salıb onun ayağını qaldırdı, pәncәsini oturacağın qırağına qoydu,
Svetlana etiraz etmәdi, Oleq onu qucaqladı, islaq yanaqlarından
öpdü, dodaqlarıyla göz yaşlarını hiss etmәdi, duşdan çilәnәn su
şırnağının altındaydılar, su şırhaşır tökülürdü, haldan düşәnәcәn
elәcә durdular, su axdıqca axır, çilәndikcә çilәnir, töküldükcә
tökülürdü...

Saat on birdә onu Starokonyuşennıya apardı. Maşını hәyәtә
sürdü. Orada tutqun qaranlıq, nәfәs kәsәn boğucu bir hava vardı.
Bu bürküdәn çıxış yolu yoxuydu. İşıqları sönmüş bütün mәnzillәrin
pәncәrәlәri açıq idi, insanlar yatmamışdı, sәslәri gәlirdi. Kimsә
skamyada oturmuşdu, kimisi otluqda uzanmışdı, kimisi dә adyal
üstündә. Burada yubanmaq olmazdı, qәti şәkildә vidalaşmaq
lazım idi. Onsuz da vidalaşmışdılar. Özü dә dәfәlәrlә. O, bәlkә,
nәsә bir kömәklik lazım olduğunu qızdan soruşdu. Bәlkә, işlә
bağlı kiminlәsә danışıb nәyisә hәll etmәk lazımdı? Hәlә bütün
avqustu burada olacaq. Qız xeyli susduqdan sonra dedi: “Әgәr
elәdisә, onda, Şeludyakovla danışmaq gәrәkdi... Orada Mәrakeşә
adam lazımdı. Mәnimçün fәrqi yoxdu, istәr Mәrakeş olsun, istәr
Zambiya, istәr dә qütblәrә, hara olur-olsun. Yaxşı olar ki, ispan
dilinә ehtiyac duyulan Mәrakeşә göndәrsinlәr.” Oleq Vasilyeviç
Şeludyakovla danışacağını bildirdi. Köhnә dostu olduğunu dedi.

Vә bu da son. Çәpәrdәn adlayaraq kolların arasıyla, geri bax-
madan sürәtlә baş alıb getdi; bağçanın o başındakı qapını çırpıb
gözdәn itdi...

O, gecәnin qaranlığında şosedә sürәtlә irәlilәyirdi, – ürәyi
bir qәdәr sancır, zәhrimar bürkü canını sıxırdı, әzizi Angelina
haqlıydı, artıq o, uşaq deyildi – gah Svetlana haqda kәdәrli dü-
şüncәlәrә daldı, gah da fikirlәşdi ki, gedәndә Parisdә lәngimәk
lazımdı, orada üç gün qalmaq yaxşı olardı. Bağ evinә gecәdәn
xeyli keçmiş gәlib çıxdı. Dәrhal heyrәtlәndi: aynabәnddә işıq
yanır, yatmayıblar. Qarı, Zinaida vә Alyonka masa arxasında
oturublar, maşının gәldiyini eşitsәlәr dә, heç kim kandara çıxmadı...

1ayağını bura qoy (ispan.)

121
   116   117   118   119   120   121   122   123   124   125   126