Page 118 - Yuri Trifonov
P. 118
i Trifonov
Hünәrin var hörmәtini saxlama! O dәqiqә mәktub yazır, göstәrdiyi
bütün xidmәtlәrini, az qala yaralarını, çapıqlarını da masanın
üstünә qoyur. Amma bu qoca yolagәlәndi, onunla razılığa gәlmәk
olar, çünki o, insanların xatirәlәrdәn, prinsiplәrdәn vә hörmәtdәn
başqa, heç nә gәrәyi olmayan yarımcan ölüvaylar qisminә mәnsub-
du... Әlbәttә, yalan deyirlәr, çox şey gәrәklәridi! Hamısına nәsә
lazımdı. Axı o, tәyin edilmiş “xüsusi nahar”dan imtina etmir, hәr
gün әlindә sous qabı sanatoriyada hәrlәnir. Bununla belә, bizә
heç nә lazım deyil oyunu oynayır... Lakin burda hәlә bir bioloji
amil dә var. Qocalara xüsusilә gәrәk olan nәdi axı? Çarpayı,
adyal, bir dә ayaqyolu lәyәni. Uzanıb xatırlamaq. Amma onun
oğlu – Ruslan Pavloviç qorxunc bir tipdi, özünü cırıb-dağıdır.
Qanacaqsızın, әyyaşın biridi. Bağ evlәrini sülәnib-dolaşır, borca
üçlük-beşlik dilәnir paxmelini açmaqdan ötrü... Bunu vicdanı
necә qәbul edir? Axı bu heyvan ali tәhsilli mühәndisdi... Bacısı
da sәrsәmdi, әsl düşüb-itmişin biridi. Bir ucdan doğub-törәyir.
Evlәrindә, bilmirsәn kim kimdi, kim nәçidi, karvansaraya oxşayır.
Belәsinә, ümumiyyәtlә, çoxalıb-artmaq qadağan olunmalıdı. Bun-
lardan törәyәn nәsildәn nә olacaq?! Amma Ruslanla Sveta calaşsa,
pis olmaz haa... Bu Ruslan Zinaidanın yanına gәlmәyә dadanmışdı,
hansısa defisit şeylәr gәtirirdi oxumağa, hәrdәn kaset yazısı
gәtirirdi, – yeri gәlmişkәn o, musiqi aludәsidi – hәrdәn dә, elә-
belә, sәhәr-sәhәr pәncәrәni döyürdü: “Zinoçka, orda azacıq da
olsa, bir şey ola, bәlkә?” Bir dәfә Oleq Vasilyeviç arvadının yeri-
nә aynabәndә çıxıb soyuq bir tәrzdә soruşanda ki, bu nә hәrәkәtdi
camaatı sәhәrin gözü açılmamış oyadırsan? O, sırtıqcasına, heç
bir tәqsiri yoxmuş kimi demişdi: “Әziz qonşu, sizin arvadınızdan
qayğıkeş bir insan yoxdu axı! Başı qalda olan özgә hara üz
tutmalıdı ki?” Çarәsiz qalıb onu azacıq yola vermişdi...
Bu zaman Oleq Vasilyeviç susdu, birdәn ağlına gәldi ki,
yarımsәrxoş Ruslanı kandardan necә geri döndәrmәsi barәdә
danışmaq lazım deyil, bu, Svetlananın adaxlısıyla ötәnilki hadisәni
yada sala bilәrdi: o zaman “Pekin” restoranının yanında hәmin
gәnc onların üstünә hücum çәkmişdi. Ruslana etdiyi kimi, ona
da karatenin qarşısıalınmaz bircә fәndini işlәtmişdi. Oğlanın
portfeli bir yana, gözlüyü bir yana düşmüş, boynu geri qatlanmış,
118