Page 114 - Yuri Trifonov
P. 114
i Trifonov

yerdәn götürülüb. Svetlana ilk qadındı ki, onu özündә kәşf edib.
Bu isә Oleq Vasilyeviçi qorxudurdu.

Tindәn hövlnak çıxdı, yoldan ötәnlәrin böyründәn sürәtlә
keçib onun yanına tәlәsdi, amma ona görә yox ki, iyirmi dәqiqә
gecikdiyi üçün özünü tәqsirkar bilirdi. Hәm dә vәrdişinә uyğun,
onu görmәyә, boynuna sarılmağa tәlәsirdi. O, hәr sәhәr ofisә dә
belәcә, başılovlu tәlәsirdi. Onun ulu babaları, görünür, rus
zadәganlarının yanında çapar işlәyiblәr. Vә ya tatar murzalarından
olublar. Damarlarından tatar qanı axdığı şübhәsizdi: qarayanız,
qarasaç, qıyıq qara gözlәri vә şәrqlilәrә mәxsus dar ağzı vardı,
dodaqlarının quruluşu sәrt idi. Moskvada doğulmuşdu, köklü
moskvalıydı, amma atası hardansa cәnubdanıydı. Tövşüyә-tövşüyә
özünü yetirdi, üzr istәmәdi, nә “salam”, nә “hola”1 ... güzgüsünә
baxıb gözlәrini qıydı vә soruşdu:

– Saçını qırxdırmısan?
– Hә. – On iki gün idi görüşmürdülәr. Çiyinlәrindәn tutub
qızı özünә sarı çәkdi, çiyninin körpücük sümüyündәn – sevdiyi
yerdәn öpdü. Qızın nәm bәdәninin doğma әtri onu sardı. – Naha-
ra hara gedәk? Bura? “Astoriya”ya? Bәlkә, “VTO”-ya gedәk?
– Heç hara.
– Niyә?
– Elә-belә. İstәmirәm.
O, qızın sözlәrini çәk-çevir etdi. “Elә-belә” demәsinin yeri
yoxuydu, “istәmirәm” isә anlaşılandı. İstiyә görә deyir. Onun
özünün dә qәti iştahası yox idi. Bәs bu “elә-belә” nәdi? Soruşdu
ki, doğrudanmı onun işlәri qaydasındadı, yoxsa yox. İşdә, evdә
valideynlәriylә, bacısıyla bir çәtinliyi-filanı yoxdu ki? Bacısı
ağır xәstәydi. Ötәn ay ona fransız dәrmanları tapmışdı. Yox, hәr
şey qaydasındadı. Bacısının vәziyyәti yaxşıydı. Allaha şükür,
valideynlәri bağdadı. Fikirlәşdi ki, yәqin, qız nәsә duyuq düşüb.
Heç bir әlamәti olmasa belә, itlәr qabaqcadan zәlzәlәni hiss
etdiklәri kimi, qadınlar da ayrılığı duyurlar.
– Gedәk? – qızın әlindәn yapışıb soruşdu.
Maşına minib getdilәr. Qız yanaşı oturmuşdu vә yolboyu

1hola – salam (ispan.)

114
   109   110   111   112   113   114   115   116   117   118   119