Page 146 - Yuri Trifonov
P. 146
i Trifonov
bilәrsәn. Sәnin kimi igidlәrin kiminsә himayәsindә olması sadәcә
gülüncdü!
– Xәstәyәmsә, bu, gülmәli deyil, dostum. Bir ay işlәyirәm,
iki ay xәstә yatıram. Ürәyim nasazdı. Qaraciyәrim sıradan çıxıb,
heç nәyә yaramır. Damcı dәrmanı içirәm, anladın? Odur ki,
Vasiliç, nala-mıxa döymә. Sәnә “açıl başımdan” başqa heç nә
yaraşmır, bildin?
Oleq Vasilyeviç susub fikrә getdi. Sonra dedi:
– Yaxşı! Bütün bunlar boşuna çәrәnlәmәkdәn, vaxtı havaya
sovurmaqdan başqa bir şey deyil... Niyә gәldiyimi indi sәnә
deyәrәm. Amma burda yox. Burdan xoşum gәlmir. – Oleq Vasil-
yeviç, hәqiqәtәn dә, ürәyәyatımlı bir şey olmayan emalatxana
hәyәtinә vasvasılıqla göz gәzdirdi, burada pas atmış dәzgahlar,
araba oxları, tәkәrsiz yedәk, qutular, zibil... vardı. – Gedәk
yolayrıcına, rahatca oturaq, ciddi söhbәtimizi elәyәk.
Mityanın içindә gedәn mübarizәnin әksi bir anlıq üzündә әks
olundu, sonra o, heç nә demәdәn emalatxanaya girdi, geri
qayıdınca qol vuran futbolçular kimi әliylә cәld bir qәlәbә jesti
elәdi ki, bu da, “getdik!” demәk idi. Yarım saatdan sonra onlar
artıq “Otdıx” pavilyonunda bәyaz bir çadırın altında stol arxasın-
daydılar, üç butulka rumın çaxırı götürmüşdülәr. Bir büküm vafli
vә bir neçә konfet dә almışdılar, ortada başqa heç nә yoxuydu.
Oleq Vasilyeviç fikir verdi ki, bu kasıbyana qonaqlıq Mityanın
xoşuna gәlir, amma o, nә vafliyә, nә dә konfetә әl uzatmırdı, pı-
çıltıyla söhbәtlәrini edirdilәr. Oleq Vasilyeviç birbaşa izah etmә-
yә başladı ki, mәsәlә çәtindi, uda da bilәrsәn, uduza da. Daha
çox uduzmağın gözlәnilir, çünki filan-filan vә bәşmәkan işlәrә
görә әsas kozırlar mәnim әlimdәdi. Odur ki, kirvә, göylә getmә,
yaxşısı budu, en aşağı. İki butulka da çaxır aldılar. Bundan ötrü
uzağa qaçmaq lazım deyildi, çәpәrin o üzünә aşdılar. Mitya kef-
lәnmәmişdi, әksinә, ayılmışdı. Mәsәlә aydın idi: çırpınıb-çapala-
malı, dartışmalı, heç nә dә hasil olmamalıydı, ara yerdә vaxtı ge-
dәcәkdi, burdasa dәbbә pulu boyun olunurdu. Nağdca yüz rubl
verirdi. Ya heç nә, ya yüz rubl – hansı yaxşıdı? Amma Mitya da
axmaq deyildi, bu mәblәği eşidib istehzayla güldü, tәklif etdi ki,
yüz yox – beş yüz versin. Başladılar sövdәlәşmәyә. Uzun müddәt
146