Page 158 - Yuri Trifonov
P. 158
i Trifonov
rәhbәrliyi yoldaş Xvesindәn tәhvil almalıdı. Tәhvil-tәslim haqda
mәlumat verilmәlidi”.
İyunun sonları, tәmiz yay havaları, yağışlar, isti... Zirehli
qatarla korpusun qәrargahı yerlәşәn Buturlinovkaya gedirik.
Vaqonda Asyaya rast gәlirәm. Aralı düşdüyümüz cәmi dörd aydı,
amma gör necә dәyişib! Görәn kimi üstünә atılmaq, qucaqlamaq,
öpmәk yanğısı içimdәn baş qaldırdı, o, doğma insandı axı, ondan
doğması varmı, bircә Şuradı, amma soyuq tәbәssümü vә başını
tәrpәtmәsi qabağımı kәsir. Әl-әlә görüşürük vә әlini silkәlәyirәm.
– Aska, çox şad oldum! Niyә belә arıqlamısan? Üzünün alma-
cıq sümüklәri çıxıb. Yoxsa dartıb aparmaqçün sәnә top qoşub o?
Quru-quru gülümsәyir:
– Dartıb aparsaydım, sevinәrdim. Top vermirsiz axı.
O, tamamilә dәyişib: zarafat başa düşmür, baxışları ürkәkdi,
elә bil ehtiyat edir. Axı niyә? Köhnә dostluğun baş qaldıracağın-
danmı qorxur? Hәndәvәrindәn әl çәkmәyib zarafatlaşacağımdanmı
çәkinir? Gәlәndәn bәri ilk günlәr, elә ondan sonra da istәmir ki,
mәnimlә birlikdә çox olsun. Miqulin dә arıqlayıb, quruyub qur-
tarıb, qara saqqalı bir çәngә qalıb, baxışları alışıb-yanır, hәrәkәt-
lәrindә tәlәskәnlik var, sәsindәn qәtiyyәt yağır, çığıra-çığıra, әsә-
biliklә danışır, nәsә baş verәn kimi mitinq tәşkil edir, dörd bir
yanına kazakları yığır vә çıxış edәrәk hamını susdura bilir, çünki
dәlisov adamdı.
İndi bircә yanğısı var: korpus, ordu yaratmaq, ona başçılıq
etmәk, inqilabın xilasına nail olmaq. Başqa heç bir şey haqda
fikirlәşmәdәn, hәr şeyi görmәzliyә vuraraq vaxt tapıb, iti baxışlarla
Asyaya da nәzarәt edir ki, görsün o, burdadımı vә kiminlәdi?
Sadәlövhcәsinә axtarışda olan, mübahisәnin vә ya nitqinin qızğın
çağında (yәni şimal dairәlәrindә sәfәrbәrlik uğursuz vә lәng get-
diyi üçün o, çağırışa gәlmiş kazaklar önündә çıxış edirdi, nitq
söylәyirdi, Miqulinin üzә çıxmasıyla işlәr qaydasına düşürdü,
onu tanıyır, inanırdılar, çünki bu adam kazak tayfasının şan-şöh-
rәti vә qürur yeriydi) ani qayğıyla yüklü bu baxışlar onunkuydu.
Az qala qoca adama mәxsus bu açıq baxışlar mәni heyrәtә sal-
mışdı. O sevir! Onsuz yaşaya bilmәz! Elә o da, o da... Asya bir
158