Page 160 - Yuri Trifonov
P. 160
i Trifonov

daşan birisini hәrәkәtsizliyә mәhkum etmişdilәr. Don sahillәrindә
isә döyüşlәr qızışıb! Buna necә dözәsәn? O havalanmışdı.
Hәrәkәtsizlik – hәbsxanadan betәrdi... Bәs nә baş vermişdi?
Kimdi bu işin qarşısını alan? Kimdi onun düşmәni?

Asya gәrginlik içindә suallar yağdırır, o isә çılğınlıqla diqqәt
kәsilir, nәlәrisә anlamaq, bilmәk istәyir. Bütün bu etirafların ha-
mısı ondan ötrüydü. Kömәk edә bilmәrәm. Çünki mәsәlәnin
mәğzini özüm heç başa düşmürәm. Kohnә bir etimadsızlıq var –
amma hardan qaynaqlanır? Bu barәdә Asyayla mükalimә aparmaq
tәhlükәlidi, çünki görürәm: burada hәr şey sәtәlcәmlidi, sanki
ağrı içindәdi.

– Asinka, düşünmürәm ki, bu işdә birbaşa düşmәn әli olsun.
Burda bir gerizәkalıq, axmaqcasına bir qorxu hökm sürür.

– Kim qorxur? Kimdәn?
– Tanrıya and olsun, bilmirәm. Bәlkә, belәlәri Don bürosunda,
bәlkә dә, cәbhәnin İnqilabi Hәrbi Şurasında var...
Kuptsov, Xutoryanski, Simkin kimi bәzi açıq düşmәnçilik
edәnlәri tanıyıram. Asya bunları tanımamış olmaz, Miqulin isә –
çәtin ki... Soyadlarını sadalamağa lüzum yoxdu. Yәqin, Respublika
İnqilabi Hәrbi Şurasında açıq olmasa da, praktiki, yәni nәzәri,
daha dәqiqi ideya düşmәnlәri var – içi sәdr qarışıq. Bir sıra
mәsәlәlәrdә heç vaxt razılığa gәlә bilmirlәr. Tutalım, kazak
özünüidarә mәsәlәsindә. Nәzәriyyәçilәr hәmişә xatırlayacaqlar:
axı, o, vaxtilә xalq sosialistlәrindәn olub. Naum Orlik kimi:
“Canında kortәbii üsyanların әlli faizini, ayrı şeylәrin otuz faizini,
marksizmin dә beş faizini daşıyan...”
Asya ciddi-cәhdlә söz almağa çalışır:
– Sәn Cәnub İHŞ haqda danışırsan. Bәs Sokolski? Axı o
bizim tәrәfimizdәdi! O, Sergey Kirilloviçin korpus almağından
ötrü inad göstәrib.
Necә başa salım axı, adamlar bu şәraitdә, belә bir ölüm-
dirim savaşında, kimәsә rәğbәt vә ya nifrәt hissinin diqtәsiylә
hәrәkәt etmirlәr, onlar güclü vә ali qüvvәlәrin tәsiri altında çarpı-
şırlar ki, bu durum tarixi dә adlana bilәr, taleyüklü dә. Bizim tә-
rәfimizdәdi – nә demәkdi axı? (İlahi, nәyә görә axı bizim? Yәni
bu tezliklә? Yәni qәti surәtdәmi?) Mәsәlә bizdә deyil, ondadı ki,

160
   155   156   157   158   159   160   161   162   163   164   165